0 0
Bananlı Tort

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Biskviti Üçün
5 ədəd Yumurta
1 stəkan Şəkər Tozu
2 xörək qaşığı Qaynar Su
3 xörək qaşığı Duru Yağ
1 stəkan Un
1 paket Vanil
1 paket Qabartma tozu
Biskvitləri İslatmaq Üçün
1/2 stəkan Süd
Kremi Üçün
570 qram Qatılaşdırılmış Süd 1,5 banka
250 qram Kərə Yağı
Şokolad Sousu Üçün
1 stəkan Süd
1 stəkan Su
5-6 xörək qaşığ Şəkər Tozu
1,5 xörək qaşığı Kakao
1,5 xörək qaşığı Nişasta
80 qram Şokolad
20 qram Kərə Yağı
Üstü Və Arası Üçün
4 ədəd Banan

Bananlı Tort

Tərkibi:
    • Porsiya 1
    • Orta

    Ərzaqlar

    • Biskviti Üçün

    • Biskvitləri İslatmaq Üçün

    • Kremi Üçün

    • Şokolad Sousu Üçün

    • Üstü Və Arası Üçün

    Məlumat

    Paylaş

    Bananlı tort ilin 12 ayı rahatlıqla bişirə biləcəyiniz meyvəli tortlardandır. Üzərinə marketdən alınan hazır jelatin də tökə bilərsiniz, şokolad sousu da hazıraya bilərsiniz. Bananlı şirniyyatlarda adətən, şokolad sousu istifadə edilir. Əslində digər meyvələrlə hazırlandığı kimi bananla da sous hazırlamaq mümkündür, amma banan ən tez xarab olan meyvələrdən olduğu üçün sousu da tez xarab olur. Ona görə də əgər 1 gün içərsində bitirəcəyiniz bir tortdursa, bananlı sous hazırlamağınızda bir problem olmaz.

    Diametri35 sm (2 biskvit)

    Hazırlanması

    1
    Hazırdır
    8-10 dəqiqə

    Biskvitini Hazırlamaq Üçün

    Yumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə birlikdə çalınır.

    2
    Hazırdır

    Sonra yağ və qaynar su əlavə edilib qaşıqla qarışdırılır.

    3
    Hazırdır

    Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır.

    4
    Hazırdır
    170° C, 20-25 dəqiqə

    Sonra un olan qarışım digər qarışıma ələnərək altdan yuxarı doğru yavaşca qarışdırılır, yağlanmış listə tökülür və əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 20-30 dəqiqə) nəzarət edilərək bişirilir.

    5
    Hazırdır

    2-ci biskvit də eyni qaydada hazırlanır.

    6
    Hazırdır

    Şokolad Sousu Üçün

    Şokolad sousunu hazırlamaq üçün isə şokolad və kərə yağı xaric, ərzaqların hamısı bir qabda qarışdırılır və ocağın üzərində, orta odda bişməyə qoyulur.

    7
    Hazırdır

    Qaynamağa başladıqda şokolad əlavə edilir və qarışdırmağa ara vermədən biraz qatılaşanadək bişirilir.

    8
    Hazırdır

    Qatılaşdıqda isə ocağın üzərindən götürülüb kərə yağı əlavə edilir.

    9
    Hazırdır
    15-20 dəqiqə

    Kremini Hazırlamaq Üçün

    Kremini hazırlamaq üçün yağ və qatılaşdırılmış süd krem halına gələnədək (təxminən 15-20 dəqiqə) mikserlə çalınır.

    10
    Hazırdır

    Tortu Bəzəmək Üçün

    Biskvit və şokolad sousu soyuduqdan sonra isə tort bəzədilir. Biskvitlər isladılır, kremlənir, arasına banan dilimləri düzülür, üzərinə də banan düzülüb şokolad sousu tökülür.

    11
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    kelem dolmasi
    əvvəlki
    Kələm Dolması
    bol sokoladli tort
    sonrakı
    Şokoladlı Tort
    kelem dolmasi
    əvvəlki
    Kələm Dolması
    bol sokoladli tort
    sonrakı
    Şokoladlı Tort

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil