0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri üçün
6 ədəd Yumurta
1 stəkan Şəkər Tozu
3 xörək qaşığı Portağal Suyu
1 paket Vanil
1 paket Qabartma tozu
1,5 stəkan Un
Biskvitləri İslatmaq Üçün
6 xörək qaşığı Süd hər biskvitə 2 xörək qaşığı
Kremi üçün
250 qram Kərə Yağı otaq istiliyində
380 qram Qatılaşdırılmış Süd 1 banka
Portağallı sous üçün
2 stəkan Portağal Suyu təxminən 2 ədəd iri portağaldan çıxır
1 stəkan Su
5 xörək qaşığı Şəkər Tozu
3 xörək qaşığı Nişasta
1 paket Vanil
2-3 damcı Qida Boyası
Arası üçün
Portağal Dilimləri xırda doğranmış

Portağallı Tort

  • 2-2,5 saat
  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • Xəmiri üçün

  • Biskvitləri İslatmaq Üçün

  • Kremi üçün

  • Portağallı sous üçün

  • Arası üçün

Məlumat

Paylaş

Mənim kimi meyvəli tort sevənlər üçün dondurma dadında çox dadlı bir tort… Mütləq məsləhət gördüyüm tortlardandır.

Diametri25 sm, 1 biskvit (3 hissəyə bölünmüş)

Qeyd: Əgər görünüşünün sizin üçün bir əhəmiyyəti yoxdursa (hədiyyə aparmayacaqsınızsa və ya qonaq süfrəsinə servis etməyəcəksinizsə), zərərli olduğu üçün qida boyası istifadə etməməyiniz məsləhətdir. Qida boyasının dada heç bir təsiri yoxdur, sadəcə rəng vermək üçündür.

Hazırlanması

1
Hazırdır
8-9 dəqiqə

Xəmirini hazırlamaq üçün

Yumurta və şəkər tozu birlikdə 8-9 dəqiqə mikserlə çalınır.

2
Hazırdır

Sonra portağal suyu əlavə edilib qarışdırılır.

3
Hazırdır

Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır

4
Hazırdır
170° C, 30-35 dəqiqə

Sonra un olan qarışım digər qarışıma ələnərək qaşıqla (sadəcə un gözdən itənədək) qarışdırılır və əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 30-35 dəqiqə) nəzarət edilərək bişirilir.

5
Hazırdır
15-20 dəqiqə

Kremini hazırlamaq üçün

Otaq istiliyində olan kərə yağı və squşonka birlikdə təxminən 15-20 dəqiqə mikserlə çalınır.

6
Hazırdır

Portağallı sousu hazırlamaq üçün

Portağallı sousu hazırlamaq üçün vanil və qida boyası xaric, bütün ərzaqlar bir qazanda ocağın üzərinə qoyulur və taxta qaşıqla qarışdırararaq qatılaşanadək bişirilir.

7
Hazırdır

Sous qatılaşdıqda ocağın üzərindən götürülür, tez vanil və qida boyası əlavə edilib qarışdırılır.

8
Hazırdır

Tortu bəzəmək üçün

Biskvit və sous soyuduqdan sonra tort bəzədilir. Biskvit 3 hissəyə bölünür, hər biri isladılır, arası kremlənir, portağal dilimləri düzülür və üzərinə limonlu sous tökülüb hər tərəfinə yayılır.

9
Hazırdır

Tortun üzəri isə istəyə uyğun şəkildə portağalla bəzədilə bilər.

10
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

saxsi kababi
əvvəlki
Saxsı Kababı
toyuq-bozartmasi
sonrakı
Toyuq Bozartması
saxsi kababi
əvvəlki
Saxsı Kababı
toyuq-bozartmasi
sonrakı
Toyuq Bozartması

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil