0 0
Snikers Tortu

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
300 qram Yerfındığı əgər qovrulmamış alıb özünüz evdə qovursanız, çox yaxşı qovurun. Mən az qovurdum və çox peşman oldum. Həm çox qovurun, həm də yanmamağı üçün diqqət edin
Xəmiri üçün
6 ədəd Yumurta
1 stəkan Şəkər Tozu
1,5 xörək qaşığı Kakao
1/2 çay qaşığı Duz
1 paket Vanil
1 paket Qabartma tozu
1,5 stəkan Un
Biskvitləri İslatmaq Üçün
6 xörək qaşığı Süd hər biskvitə
Kremi üçün
200 qram Kərə Yağı otaq istiliyində
380 qram Qatılaşdırılmış Süd 1 banka
Karameli üçün
1,5 stəkan Şəkər Tozu
60-70 Kərə Yağı
150 qram Qaymaq
Şokolad sousu üçün
6 xörək qaşığı Süd
6 xörək qaşığı Şəkər Tozu
2-3 xörək qaşığı Kakao
50 qram Şokolad
1 paket Vanil

Snikers Tortu

Tərkibi:
    • 1-1,5 saat
    • Porsiya 1
    • Orta

    Ərzaqlar

    • Xəmiri üçün

    • Biskvitləri İslatmaq Üçün

    • Kremi üçün

    • Karameli üçün

    • Şokolad sousu üçün

    Məlumat

    Paylaş

    Snikers Tortunun hazırlanması

    Snikers (ing. Snickers) şokoladı bütün dünyada çox sevilən bir şokoladdır. Çoxlarımız Snikers Tortunu bişirməyi çətin bilsə də, əslində bir o qədər də çətin deyil. Torta Snikers dadı verəcək olan ən əsas 2 şey karamelyerfındığıdır. Diqqət etməli olduğunuz tək şey karamelini yandırmamaq və yerfındığını da diqqətlicə qovurmaqdır (təbii ki, qovrulmuş yerfındığı alsaz işiniz daha asan olar).

    Qeydlər:

    1. Yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.
    2. Karameli ilk dəfə hazırlayacaqsınızsa,  karamelin hazırlanma qaydasına (klik edib) daha ətraflı baxa bilərsiniz. Bu tortda karamelə çox diqqət etməli olduğunuz üçün baxmağınızı məsləhət görürəm.
    3. Əgər qovrulmamış yerfındığı alıb özünüz evdə qovursanız, çox yaxşı qovurun. Həm çox qovurun, həm də yanmamağı üçün diqqət edin.
    4. Karamel yerinə bişmiş squşonka ilə krem hazırlayanlar da var, amma sözsüz ki, karameli əvəz etməz.

    Diametri25 sm, 1 biskvit (3 hissəyə bölünmüş) 

    Hazırlanması

    1
    Hazırdır

    Yerdındığını Hazırlamaq Üçün

    Yerfındığı quru bir tavada qovrulur. Diqqətlə qovurun ki, nə yanmasın, nə də çiy qalmasın.

    2
    Hazırdır

    Tam qədərində qovrulmuş yerfındığı 3 hissəyə bölünür:

    - bir hissəsi (100 qram) blendrda toz halına gələnədək çəkilir və kremə qatmaq üçün hazır qoyulur.
    - ikinci hissəsi (100 qram) blendrda biraz iri doğranır və karamelə qatmaq üçün hazır qoyulur.
    - qalan 100 qramlıq hissə isə tortun üstü üçün bütöv saxlanır.

    3
    Hazırdır

    Biskvitini Hazırlamaq Üçün

    Yumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə mikserlə çalınır.

    4
    Hazırdır
    170° C, 25-30 dəqiqə

    Ayrı bir qabda un, kakao, duz, vanil və qabartma tozu qarışdırılır və az-az qarışıma ələnərək qaşıqla (sadəcə un gözdən itənədək) qarışdırılır və 170° C sobada içi bişənədək (təxminən 25-30 dəqiqə) nəzarət edilərək bişirilir.

    5
    Hazırdır
    15-20 dəqiqə

    Kremini Hazırlamaq Üçün

    Ərzaqlar mikserlə təxminən 15 dəqiqə çalınır.

    6
    Hazırdır

    İçərisinə isə toz halına gətirilmiş yerfındığı əlavə edilib qarışdırılır.

    7
    Hazırdır
    10-15

    Karamelini hazırlamaq üçün

    Şəkər tozu bir tavada vam odda əridilir (tam əriyənədək qarışdırılmır, arada sadəcə tava sağa-sola əyilə bilər). Təxminən 10-15 dəqiqəyə əriyəcək (ocağı güclü odda qoymayın).

    8
    Hazırdır
    2-3 dəqiqə

    Şəkər tozu əriyən kimi yağ əlavə edilir və təxminən 1-1,5 dəqiqə (yağ tam əriyənədək) qarışdırılır.

    9
    Hazırdır
    2 dəqiqə

    Yağ əriyən kimi isə qaymaq əlavə edilir və 1,5-2 dəqiqə (karamel özünü toparlayanadək) qarışdırdıqdan sonra ocağın üzərindən götürülüb başqa bir qaba boşaldılır. Soyuduqdan sonra iri doğranmış yerfındığı əlavə edilib qarışdırılır.

    10
    Hazırdır

    Şokolad Sousunu Hazırlamaq Üçün

    Süd, şəkər tozu və vanil bilikdə qarışdıraraq bişirilir.

    11
    Hazırdır

    Qaynamağa başladıqda pletka şokolad əlavə edilib qarışdırmağa davam edilir.

    12
    Hazırdır

    Pletka şokolad əriyib qatılaşmağa başladıqda isə ocağın üzərindən götürülür. (Çox qatılaşmağı üçün gözləməyin, soyuduqca özü qatılaşacaq.)

    13
    Hazırdır

    Ocağın üzərində götürən kimi isə vanil əlavə edilir.

    14
    Hazırdır

    Tortu Bəzəmək Üçün

    Biskvit, şokolad sousu və karamel soyuduqdan sonra tort bəzədilir. Biskvit 3 hissəyə bölünür, hər biri isladılır, aralarına öncə krem, sonra karamel əlavə edilib yayılır. Ən son qatın üzərinə də krem və karamel töküb yaydıqdan sonra üzərinə şokolad sousu tökülür.

    15
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    karamel
    əvvəlki
    Karamel
    sobada etli makaron
    sonrakı
    Sobada Ətli Makaron
    karamel
    əvvəlki
    Karamel
    sobada etli makaron
    sonrakı
    Sobada Ətli Makaron

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil