Ərzaqlar
- 1 lt Süd
- 2 stəkan Su
- 1 stəkan Yumru Düyü
- 1/4 çay qaşığı Duz
- 3-4 xörək qaşığı Şəkər Tozu
- Zəfəran Şirəsiistəyə görə
- Darçınistəyə görə
- Kərə Yağıistəyə görə
Məlumat
Sıyıq (rus. Каша) əsasən rus mətbəxinə aid yeməkdir. Qaynadılmış taxıldan və ya qarğıdalıdan, düyüdən, qarabaşaqdan, arpadan, mannadan və s. hazırlanır. Daha sonra içərisinə duz, bəzən şəkər, mürəbbə, ədviyyat meyvə və quru meyvələr əlavə edilə bilir. Bu reseptdə Südlü Düyü Sıyığı paylaşacam. Eyni zamanda Yayma adi ilə də tanınır. Əsas ərzaqları düyü, süd və şəkər tozudur. İsti və soyuq servis edilə bilər.
Porsiya – 4 nəfərlik
Hazırlanması
1 Hazırdır | Südə su əlavə edilb qaynadılır. |
2 Hazırdır | Qaynamağa başladıqda düyü və duz əlavə edilib düyü yumuşalanadək bişirilir (tez-tez qarışdırmaq lazımdır ki, dibi yapışmasın). |
3 Hazırdır | Sonda isə istəyə görə şəkər tozu və zəfəran əlavə edilib 2-3 dəqiqə daha bişirilir (şəkər tozunu qazana yox, servis etdikdə isti-isti əlavə edib yeyənlər də var). |
4 Hazırdır | Servis Etmək ÜçünServis edərkən istəyə görə hər payın üzərinə təxminən 10 qram kərə yağı, 50 ml suda dəmlənmiş 1 qram zəfəran şirəsi və ya biraz darçın əlavə edilib qarışdırıla bilər (üçü də istəyə görədir). |
5 Hazırdır | Nuş olsun... :) |











2 Şərh Göstər / Bağla
Resept üçün təşəkkürlər. Amma sıyıq əsasən rus mətbəxinə aid deyil, (ing. Porridge, tarixi həm də porage, porrige, və ya parritch) tarix boyu ən azı Avropa, və Afrika mətbəxlərində rast gəlinir. Əziyyətiniz üçün bir daha təşəkkürlər.
Salam. Çox təşəkkür edirəm məlumat üçün. 🙂