0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
1+1/4 stəkan İlıq Su
1 çay qaşığı Maya
1,5 silə çay qaşığı Şəkər Tozu
1,5 xörək qaşığı Duru Yağ mən əridilmiş kərə yağı istifadə edirəm
1,5-2 stəkan Un təxminən
Pomidor Sousu Üçün
3 ədəd Pomidor
3 xörək qaşığı Əridilmiş Kərə Yağı
1 xörək qaşığı Pomidor Tomatı
1 çay qaşığı Kəklikotu
Duz
Qırmızı İstiot
Üstü Üçün
2 ədəd Pomidor
150 qram Rəndələnmiş Holland Pendiri

Tavada Asan Pizza

Tərkibi:
    Mətbəx:
    • 1,5 saat
    • Porsiya 1
    • Asan

    Ərzaqlar

    • Xəmiri Üçün

    • Pomidor Sousu Üçün

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    Tavada çox asan hazırlanan bir pizza resepti daha; Pomidorlu və Holland Pendirli 🍅🧀🍕😋 Bu pizzanın özəlliyi bundadır ki, xəmiri tavada cəmi 5 dəqiqədə hazırlayırıq. Nə xəmir yoğurmuruq, nə yaymırıq. Daha öncə də 20 dəqiqədə hazırlanan tava pizzası resepti paylaşmışdım, klik edib baxa bilərsiniz.

     

    Tavamın diametri33 sm

     

    Üzərinə istədiyiniz tərəvəzləri və s. düzə bilərsiniz. Mən pomidorholland pendiri istifadə etdim.

    Hazırlanması

    1
    Hazırdır
    5 dəqiqə

    Xəmirini Hazırlamaq Üçün

    Yapışmayan tavaya ilıq su, maya və şəkər tozunu əlavə edib 5 dəqiqə gözləyirik.

    2
    Hazırdır

    Sonra yağ, duz əlavə edirik.

    3
    Hazırdır

    Daha sonra isə az-az un əlavə edib qaşıqla qarışdırırıq və yenə qaşığın köməyi ilə xəmiri tavaya yayırıq.

    4
    Hazırdır
    30 dəqiqə

    Tavanın qapağını örtüb yarım saat gözləyirik.

    5
    Hazırdır

    Sousu Hazırlamaq Üçün

    Pomidorları soyub doğrayırıq, suyu çəkilənədək bişiririk.

    6
    Hazırdır

    Sonra isə yağ, duz, istiot və kəklikotu əlavə edib yağa düşənədək bişiririk.

    7
    Hazırdır

    Sonda

    Sousumuzu xəmirin üzərinə fırça köməyi ilə yayırıq, üzərinə çox nazik doğranmış pomidor dilimləri düzürük.

    8
    Hazırdır
    30-40 dəqiqə

    Rəndələnmiş holland pendiri səpib ağzı qapalı, vam odda 30-40 dəqiqə bişiririk.

    9
    Hazırdır

    Nuş olsun...

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Kakoslu Peçenye
    sonrakı
    Qarğıdalılı Kələm Salatı
    əvvəlki
    Kakoslu Peçenye
    sonrakı
    Qarğıdalılı Kələm Salatı

    2 Şərh Göstər / Bağla

    Aleykum Salam, Zeynəb xanım.

    3/4 stəkan demək, stəkanın 4’də 3-ü deməkdir. Yəni, yarım stəkandan təxminən 2 barmaq artıq.

    Yaxud, 1/4 xörək qaşığı duz o deməkdir ki, qaşığın 4’də 1-i qədər duz. Yəni, qaşığı 4 yerə bölürsünüz, 1 hissəsi qədər duz istifadə edirsiniz.

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil