0 0
Vineqret

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 ədəd Çuğundur
3 ədəd Kartof
3 ədəd Kök
3 ədəd Yumurtanın Ağı
3 ədəd Turşu Xiyar
1 dəstə Göy Soğan
Duz
Duru Yağ

Vineqret

Mətbəx:
  • 1-1,5 saat
  • Porsiya 4
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Vineqret – rus mətbəxinin ən məşhur salatlarından biridir. Bu salat keçmiş SSRİ ölkələrində də geniş yayılmışdır. Klassik vineqretin tərkibində suda bişmiş yumurta (xırda doğranmış) və ət mütləq hesab olunsa da, müasir mətbəxdə ətsiz vineqretə daha çox üstünlük verilir. İstifadə olunan tərəvəzlərə görə vineqretin çoxlu növləri var.

Mən çuğunduru ayrı bir qabda bişirdim, istəyə görə eyni qabda bişirilə bilər. Eyni qabda bişirildikdə bütün tərəvəzlər qırmızı rəngdə olur və çuğundurun dadı çox çıxır. Daha çox o şəkildə bişirilir.

Porsiya4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır

Çuğundur, kartof, kök və yumurta suda bişirilir.

2
Hazırdır

Sonra bişmiş bütün tərəvəzlər, yumurtanın ağı və turşu xiyar xırda kub şəklində doğranır (istəyə görə sürtgəcin iri gözündən keçirilə də bilər)

3
Hazırdır

Göy soğan yuyulub xırda-xırda doğranır.

4
Hazırdır

Bütün ərazqlar bir-birinə qarışdırılır, duzlanır və yağ əlavə edilib qarışdşrılır.

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

Kakoslu kakaolu keks 2
əvvəlki
Kakoslu Qurabiyə
solyanka
sonrakı
Solyanka
Kakoslu kakaolu keks 2
əvvəlki
Kakoslu Qurabiyə
solyanka
sonrakı
Solyanka

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil