Su Həyat Mənbəyidir

Su haqqında məlumat
Su həyat mənbəyidir; su həyatdır. Necə ki, Cənab-ı Haqq
…Hər şeyi su ilə həyatlı qıldım. (Ənbiya surəsi, 30-cu ayə)
buyurur. Və yenə Qur’an
Onun Ərşi su üzərindədir. (Hud, 7)
deyərək insanın həyatının ən təməlində su olduğunu bildirir. Heç bir şey insan sağlamlığı baxımından təmiz sudan daha əhəmiyyətli deyil. Su ən əsas elementimizdir. Bir binanın quruluşunda sementin keyfiyyəti və konsistensiya nə deməkdirsə, təmiz və sağlam su da insan bədəni üçün o deməkdir. Sementi sağlam və keyfiyyətli bina necə uzun ömürlü və möhkəm olarsa, təmiz su ilə qidalanan orqanizm da elə sağlam və uzun ömürlü olar.
Deməli, sağlamlığımız baxımından ən çox diqqət yetirməmiz lazım olan ən əsas ərzaq sudur. Buna görə də, istifadə edilən suyun təmiz və xarab olmamış olması çox əhəmiyyətlidir. Elmi araşdırmalar istifadə edilən suların fiziki, ruhi və zehni sağlamlığa bilavasitə təsir etdiyini göstərir. Yuxarıda qeyd etdiyimiz “Onun Ərşi su üzərindədir. “ (Hud, 7) ayəsi bizə göstərir ki, su insan üçün hər şeydir. Ondan təsirlənməyəcək tək bir hüceyrəmiz yoxdur… Həzrəti Məhəmməd (s.a.v.) buyurmuşdur:
Bu dünyadakı və o biri dünyadakı ən yaxşı içki sudur. (Hədis | Kütüb-i Sittə)
Suyun faydaları
Yer üzündə müxtəlif sular mövcuddur, ancaq hər su içiləcək xüsusiyyətdə deyil. Çünki insan bədənində maddələr mübadiləsinin işləməsi yalnız buz strukturlu, yəni yüngül su ilə mümkündür. Bədən bütün əməliyyatlarını yeganə əridici olan su vasitəsilə həyata keçirir. Bədən nəminin tarazlıqda tutulması, yeməklərin həzm edilməsi, qida maddələrinin sorulması və hüceyrələrə çatdırılması, artıq və zərərli maddələrin əridilərək çölə atılması bu əməliyyatlar daxilindədir. Zülal molekullarını insan bədənində birləşdirərək tutan şey yüngül, buz strukturlu sudur.

Suların ən üstünü Zəmzəm suyudur. Dağ buzlaqlarından və əriyən qarlardan çaylara axan sular sağlam sulardan sayılır. Xüsusilə yüksək mənbələrdən aşağıya, daşlar üzərindən, şiddətli və uzun müddət axan, fasiləsiz hərəkət etməsi nəticəsində yüngülləşmiş sular sağlamlığa faydalıdır. Yağış suyu da yüngül sulardan biridir. Lakin yağış suyunu yağış şiddətli yağmağa başladıqdan 15-20 dəqiqə sonra yığmaq lazımdır. Çünki ilk damlalarla havadakı çirklər təmizlənir. Yağış suyu diareyanı (ishalı) dayandırar, qaraciyər və böyrək xəstəliklərini yüngülləşdirər.
Diri Su – Ölü Su
Su da bir canlıdır və hər canlı kimi o da xəstələnə bilər, xarab ola bilər. Bu gün yer üzünün diri suları gedərək tükənir. İnsanların 75 faizi şəhərlərdə yaşadığına və şəhər əhalisi şüşə su istifadə etdiyinə görə deyə bilərik ki, hər kəs ölü su içir.
Aparılan tədqiqatlar göstərmişdir ki, suyun özünə aid bir kristal quruluşu var və bu quruluş xarici təsirlərə son dərəcə açıq bir mahiyyət ifadə edir. Kənardan gələn təsirlərə görə su da eynilə digər hər canlı kimi xəstələnə bilir, qorxa bilir və xarab ola bilir…
Sudakı Möcüzə – Maraqlı faktlar

Su molekulları bir-birinə enerji əlaqəsi ilə bağlanaraq struktural bir qəfəs meydana gətirir. Molekulları bir yerdə tutan bu enerji əlaqələri ətrafdan gələcək müsbət və mənfi təsirlərə açıq vəziyyətdədir. Suyu yüngül ya da ağır hala gətirən də bu enerjinin müsbət ya da mənfi olmasıdır.
Mərhum Yapon tətqiqatçı Dr. Masam Emoto (Allah (Cəllə Cələluh) Rəhmət etsin…) yığdığı su nümunələrini dondurub fotoşəkillərini çəkdi. Təbii axan sular çox gözəl kristallar meydana gətirdi, kran suyu isə kristallaşmadı ya da xarab kristallar əmələ gətirdi.
“Sevgi”, “təşəkkür” və “mələk” yazılı kağızlara sarılan şüşələrdə olan su krujeva kimi gözəl kristallar əmələ gətirdiyi halda, “şeytan” yazılı kağızla örtülü şüşədəki su qapqaranlıq bir dəlik görünüşü verdi. Su fərqli musiqilərə və şəkillərə də fərqli reaksiyalar göstərdi.

Sadə yazılar, dalğalar və şəkillər su üzərində bu qədər təsirli ola bilirsə, su üzərinə oxunan Allahın kəlamı, Quran ayələrinin suyu nə qədər dəyişdirə biləcəyi təsəvvür belə edilə bilməz…
Ətrafdan gələn söz, musiqi, elektromaqnetik dalğalar və görünüşlərin şüşədəki suya təsir etməsi kimi insan bədənini meydana gətirən yüzdə yetmiş nisbətindəki su da eyni şəkildə təsirlənir.
Elmi araşdırmalar ruhi, fiziki və zehni vəziyyətin istifadə edilən sudan birbaşa təsirləndiyini ortaya qoymuşdur. Xəstə bir bədəndə maye dövranı sabit hala keçmişdir. Sağlam olması üçün; bədəndə olan yüzdə yetmiş nisbətindəki suyun saflaşdırılması və yüngülləşdirilməsi lazımdır.
Ən Faydalı Su Axar Sudur

Ən təmiz və saf su mənbəyindən götürülən sudur. Axan və hərəkət halında olan su, quruluşunu davamlı olaraq təzələyir. Hərəkətsiz və uzun müddət qaranlıqda və ya günəş şüalarına məruz şəraitdə qalan suyun sktukturu isə pozulur, ağırlaşur. Elə suları istifadə etmək bədənə ciddi zərər verə bilər. Ona görə də suları təmiz saxlamaq ən azı təmiz su əldə etmək qədər mühimdir.
Günümüz dünyasında insanların böyük qismi şəhərlərdə yaşadığına görə suları mənbəyindən götürərək istifadə etmək mümkün deyil. Bu gün şəhər insanının böyük əksəriyyəti şüşə sular istehlak edir. Şüşə suların, saxlanıldığına və uzun müddət qaranlıqda qaldıqlarına yaxud davamlı gün işığına məruz qaldıqlarına görə mütləq təmir edilməsi zərurudir.
Saxlanan (hərəkətsiz) sular xəstədir!.. Bəs xarab olan, xəstə suyu necə təmir edəcəyik?
Davamı – Köhnəlmiş suyu necə təmir etmək olar? (üzərinə klik edin)
Mənbələr:
- Qur’an-i Kərim Tərcüməsi
- Mehmet Ali Bulut – Can boğazdan Çıkar kitabı
- Gerçek Tıp kitabı – Dr.Aidin Salih (Allah (Cəllə Cəlaluh) Rəhmət Etsin…)
Tərcümə edən və hazırlayan: Rəşad Cabbarov
Salam Aleykum,
Bütün şərh yazanlara təşəkkür edirəm, Allah ﷻ razı olsun, sağ olun 🙂 Yazı sizə faydalı olduğuna görə və bəyəndiyinizə görə sevindim…
Salam və dua ilə…
Çox gözəl alınıb.Təşəkkürlər.
Su həyat mənbəyidir
Xoşuma gəldi,
Əla