Quranda adı çekilen meyveler (7 meyvə) və digər qidalar

Quranda adı çekilen meyveler və qidalar vardır. Bu qidaların tərkibində insan sağlamlığı üçün mütləq lazım olan protein, karbonhidrat və yağlar mövcuddur.
Qurani Kerimde adı çekilen;
- Proteinli qidalar: ət, balıq, süd.
- Karbonhidratlı qidalar: buğda, bal, mərcimək, soğan, sarımsaq.
- Meyvələr: xurma, üzüm, zeytun, nar, əncir, tikansız sidr (innab, “Ərəbistan gilası”), banan.
- Ədviyyat: zəncəfil.
Quranda adı çekilen meyvelerin və qidaların keyfiyyətli qida mənbəyi olduğunu və bəzi xəstəliklərin müalicəsindəki şəfalı təsirini bu günkü tibb də qəbul edir.

Quranda adı çekilen meyveler:
1. Xurma – Xurma Qurani Kərimdə xurma və xurma ağacı olaraq 20 dəfə keçir.
(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
(Ən-Nəhl surəsi, 11-ci ayə)
Xurmanın zikr edildiyi digər ayələr: Əl-Bəqərə/266; Ər-Rəd/4; Məryəm/23,25; Əl-Ənam/99,141; Ər-Rəhman/11,68; Ən-Nəhl/67; Əl-İsra/91; Əl-Kəhf/32; Taha/71; Əl-Muminun/19; Əş-Şüəra/148; Yasin/34; Əl-Kəhf/10; Əl-Qəmər/20; Əl-Haqqə/7; Əbəsə/29

Xurma ilə bağlı hədislər:
Əvcə (Xurma) – Cənnət meyvələrindəndir. O, zəhərlənməyə qarşı şəfadır. (Tirmizi, Tibb, 22)
Səhərlər ac qarına xurma yeyin, çünki bağırsaq qurdlarını öldürür. (Kenzu’l-Ummal, X, 26)
2. Üzüm – Qu’ani Kərimdə üzüm 11 dəfə keçir.
Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
(Əl-Ənam surəsi, 99-cu ayə)
Üzümün zikr edildiyi digər ayələr: Əl-Bəqərə/266; Ər-Rəd/4; Əl-Kəhf/32; Yasin/34; Ən-Nəhl/11,67; Əl-İsra/91; Əl-Muminun/19; Ən-Nəbə/32; Əbəsə/29.

3. Zeytun – Zeytun Qur’anda zeytun və zeytun yağı olaraq 8 dəfə keçir.
And olsun əncirə və zeytuna; And olsun (Allah-Təalanın Musa ilə danışdığı) Tur dağına; And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə)…
(Ət-Tin surəsi, 1-3-cü ayələr)
Zeytunun zikr edildiyi digər ayələr: Ən-Nəhl/11; Əl-Ənam/99,141; Ən-Nur/35; Əbəsə/29.
(Sizin üçün həmçinin mənşə e’tibarilə) Sina dağından çıxan bir ağac da (Yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər.
(Əl-Muminun surəsi, 20-ci ayə)
Zeytun yağının zikr edildiyi digər ayə: Ən-Nur/35
Zeytun yağı haqqında faydalı məlumat (klik edin)

4. Nar – Qur’ani-Kərimdə nar 3 dəfə keçir.
Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə Yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
(Əl-Ənam surəsi, 99-cu ayə)
Narın zikr edildiyi digər ayələr: Əl-Ənam/141; Ər-Rəhman/68.
Nar haqqında bir hədis:
Narı içindəki pərdəsi ilə birlikdə yeyin, çünki mədəni təmizləyir. (Həzrəti Əli)

5. Əncir – Qurani Kərimdə əncir 1 dəfə keçir.
And olsun əncirə və zeytuna; And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki…
(Ət-Tin surəsi, 1-3-cü ayələr)
Sevgili Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) əncirin Cənnət meyvəsi olduğunu demiş və belə buyurmuşdur:
Əncir yeyin. Əgər Cənnətdən enən bir meyvə söyləyəcək olsaydım, bunun əncir olduğunu söyləyərdim. Çünki Cənnət meyvələrinin çəyirdəyi olmaz (xurma və zeytun kimi çəyirdəyi yeyilmədən atılan meyvələr nəzərdə tutulmur). Əncir yeyin, çünki babasilin (hemoroidin) qarşısını alır, oynaq ağrılarını aradan qaldırır.

6. Tikansız Sidr (İnnab, “Ərəbistan gilası”) – Qurani Kərimdə sidr 1 dəfə keçir:
Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? (Onlar) tikansız sidr (innab, “Ərəbistan gilası”) ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında; Çəkilməyən (daimi) kölgəliklərdə, axar su kənarında, bol meyvələr – tükənməz və qadağan edilməyən (meyvələr) içində və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə olacaqlar!..
(Əl-Vaqiə surəsi, 27-34-cü ayələr)

7. Banan – Qurani Kərimdə banan 1 dəfə keçir.
Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? (Onlar) tikansız sidr (innab, “Ərəbistan gilası”) ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında; Çəkilməyən (daimi) kölgəliklərdə, axar su kənarında, bol meyvələr – tükənməz və qadağan edilməyən (meyvələr) içində və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə olacaqlar!..
(Əl-Vaqiə surəsi, 27-34-cü ayələr)

Artıq Quranda adı çekilen meyveler ve qidalar haqqında ətraflı məlumatınız oldu. 🙂 Şərhlərinizi və varsa suallarınızı aşağıdakı bölmədən göndərməyi unutmayın…

Mənbə: Sorularlaİslamiyet.com
Tərcümə edən və hazırlayan: Türkan Cabbarova


Salam men size nece murecyyet ede bilerem?
Salam.
Nə üçün müraciət etmək istəyirsiniz?
Salam. Bes alma?
Aleykum Salam,
Alma, yalnız Adəm ilə Həvvanın Cənnətdən qovulmağına səbəb olan, yaxınlaşmaqları qadağan olunmuş ağac ilə bağlı bəhsə aiddir. Amma o ağacın tam olaraq nə ağacı olduğu ilə bağlı fərqli fikirlər var, çünki sadəcə tərcümələrdə, təfsirlərdə alma ağacı olduğuna aid ümumi məlumat var. (Doğrusunu Uca Allah bilir)
https://sorularlaislamiyet.com saytında bununla bağlı məlumat və açıqlama aşağıdakı kimidir:
“- Yasak meyvenin ne olduğu konusunda, Kur’an’da sadece “ağaç” olarak ifade edilmiştir.
“Ve (sonra,) ‘Ey Âdem,’ dedik: ‘Sen ve eşin Cennete yerleşin ve orada dilediğinizden bol bol, yiyin; ancak bir tek şu ağaca yaklaşmayın ki zalimlerden olmayasınız.’” (Bakara, 2/35).
Doğrusu bunu Allah Teâlâ Kur’ân’da bize ismiyle bildirmemiştir ve ancak bunun Cenette belli ağaç olduğunu, Âdem’in kurtuluş ve saadetinin bozulmasına sebep olmak özelliği bulunduğunu anlatmıştır. Demek, fazlasını bilmemizde Allah katında bir fayda yoktur. Ve şimdilik mümkün değildir ve tahkikçi (kritikçi) tefsircilerin seçeneği budur.
Taberî’nin bildirdiğine göre, bu konuda Ayetlerde olduğu gibi, sahih hadis kaynaklarında da kesin bir belirleme söz konusu değildir.
Bu sebeple, tefsir kaynaklarında bu ağacın buğday, hurma, sümbül, üzüm, zeytin, incir ağacı gibi ağaçlar olabileceği konusunda çok farklı görüşler vardır. (bk. Taberî, ilgili Ayetin tefsiri)”
Aşağıdakı linklərə daxil olaraq, daha ətraflı məlumat ala bilərsiniz:
https://sorularlaislamiyet.com/hz-ademe-ve-hz-havvaya-yasak-meyveden-koparilmasi-neden-yasaklanmis-bu-meyve-hangisiydi-akla
https://sorularlaislamiyet.com/hz-ademe-cennette-yasaklanan-agac-ne-idi-bunun-cinsellik-oldugunu-duydum-dogru-mu
Salam və Dua ilə…
Salam.
Almanın adı Qurani-Kərimdə çəkilməyib.
Cənnətdə bir meyvənin yarısını biz yarısını bir mələk yeyir o hansı mələkdi xahiş edirəm bilirsinizsə tez cavab verə bilərsiniz
Salam Aleykum, Saleh qardaş,
Bu məlumatı hansı mənbədən əldə etmisiniz? Çünki şəxsən mən illərdir heç bir Dini mənbədə (nə Qur’an-i Kərimdə, nə də hədislərdə) belə bir məlumatla qarşılaşmamışam.
İslamla bağlı suallarınız üçün https://sorularlaislamiyet.com saytını məsləhət görürəm; öz suallarınızı da göndərib, bir müddət sonra cavab ala bilərsiniz. Tərcüməsi olan https://suallarlaislam.com saytı da var, amma kontenti originalı qədər geniş deyil və aktiv fəaliyyət göstərmir müşahidə etdiyim qədəri ilə…
Salam və dua ilə…
ALLAH razi olsun əməyinizə görə .Təşəkkür Çox gözəl ətraflı məlumat vermisiz
Salam,
Çox sağ olun, ALLAH sizdən də razı olsun… 🙂