

Fast Food (ing. “tez yemək”) – qısa vaxtda hazırlanan yemək növüdür. Sifarişetmə və hazırlanma arasında cəmi 10-15 dəqiqə olur. Eyni zamanda “əlüstü yemək”, “ayaqüstü yemək” də adlandırılır. Hamburger, sendviç, hot-dog, pizza, dönər-kabab, tost, qızarmış toyuq, kartof çubuqları, və s. dünyada bilinən ən məşhur fast food’lardandır. Lahmacun və pide isə türklərin məşhur fast food’larındandır. Dünyada çox sayıda fast food restoranları mövcuddur; McDonald’s, Burger King və Subway bunlar arasında ən çox tanınanlardır. Bu sənayenin əsası 1921-ci ildə ABŞ-da Hamburgeri istehsal edən “White Castle” şirkətinin açılması ilə qoyulub. Şirkət sahibi Billi İngram idi. Məhsulların satılması üçün bü günkü gündə də vacib olan prinsiplər var idi; sabit qiymət, təmizlik və aşkarlıq (hamburgerlər alıcıların gözləri önündə sanitar qaydada hazırlanırdı). Hər nə qədər dadlı olsa da unutmamaq lazımdır ki, bu yeməklər çox yeyildiyi halda sağlamlığa olduqca zərərlidir və artıq çəkiyə səbəb olur (bununla bağlı elmi araşdırmalar var). Məşhur türk həkim-dietoloq Prof. Dr. Canan Karatayın fikrinə görə ən sağlıqlı fast food lahmacun‘dur.
Qlemondra © H.1440-1445 / M.2018-2024
Hal-hazırda internetiniz açıq deyil