






Xəmiri üçün | |
| 1 stəkan İlıq Su | |
| 1 stıkan İlıq Süd | |
| 1 stəkan Duru Yağ | |
| 2 xörək qaşığı Şəkər Tozu | |
| 2 silə çay qaşığı Duz | |
| 2 çay qaşığı Maya | |
| 6 stəkan Un | |
Sosu üçün | |
| 2 çay qaşığı Bəhməz | |
| 1/2 stəkan Su | |
Üstü Üçün | |
| 1.5 stəkan Küncüt |
Simit – bol küncüt ilə hazırlanan, yumru şəkildə bişirilən çörəklərə verilən ümumi addır. Türkiyə və Yunanıstanda daha yayqın olan simitə yunanlar “kuluri” deyir. Simitin Türkiyədəki ikinci bir adı isə “gevrek”dir. İzmir bölgəsində “gevrek” adı ilə tanınır. Sobada bişirilir. Normalda tək servis edilən simit səhər yeməklərində istəyə görə pendir, çay və mürəbbə ilə yeyilə bilər…
Porsiya – 9 ədəd
Qeyd: əgər şəkildəki kimi yox, sadə görünüşlü simit istəsəz, 7-ci mərhələdə xəmiri 18 yox, 9 kündəyə bölün və hər kündəni uzun oxlov şəklində açıb uclarını birləşdirin.
1 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünBir qabda su və maya və qarışdırılır. |
2 Hazırdır | Ayrı bir qabda un, şəkər tozu, duz və maya qarışdırılır. |
3 Hazırdır | Sonra un olan qarışım su olan qarışıma az-az əlavə edilərək ələ yapışmayan, yumuşaq xəmir yoğrulur. |
4 Hazırdır 2 saat | Xəmirin ağzı qapalı şəkildə azı 2 saat isti bir yerdə gözlədilir. |
5 Hazırdır | Sousunu Hazırlamaq ÜçünSu və bəhməz dərin bir boşqabda qarışdırılır. |
6 Hazırdır 4-5 dəqiqə | Küncüdü Qovurmaq ÜçünKüncüt isə bir tavada 4-5 dəqiqə dayanmadan qarışdırılaraq qovrulur. |
7 Hazırdır | Sobaya Vermək ÜçünXəmir, sous və küncüt hazır olduqdan sonra simit sobaya verilmək üçün hazırlanır. Əvvəlcə xəmirin qabarıqlığı əl ilə yatışdırılıb 1 dəqiqə daha yoğrulur və sonra 18 bərabər hissəyə bölünür. |
8 Hazırdır | 1 ədəd simit hazırlamaq üçün 2 ədəd kündə ayrı-ayrı uzun oxlov şəklində açılır, sonra ikisi də bir-birinə dolanır və ucları birləşdirilərək simit şəkli verilir (uclarını yaxşı birləşdirin ki, bəhməzli suya batıranda aralanmasınlar) |
9 Hazırdır | Sonra hər iki tərəfi əvvəlcə bəhməzli suya batırılır, sonra isə küncütə batırılır. |
10 Hazırdır 180° C, 20-30 dəqiqə | Digər simitlərin də hamısı eyni qaydada hazırlanır və yağlanmış listdə 15 dəqiqə gözlədildikdən sonra 180° C sobada 20-30 dəqiqə bişirilir. |
11 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil