2 0
Çuğundur Salatı (Süzməli)

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 ədəd Çuğundur normal böyüklükdə
200 qram Süzmə Qatıq
200 qram Ağ Pendir rəndələnmiş
1 diş Sarımsaq rəndələnmiş
1 stəkan Qoz Ləpəsi xırda doğranmış
Duz
İstiot

Çuğundur Salatı (Süzməli)

Gözəl görünüşlü bir salat...

  • 15-20 dəqiqə
  • Porsiya 4
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Çuğundur salatı çox qısa vaxt ərsizində, çox asanlıqla hazırlanan bir salatdır. Görünüşü çox gözəldir, dadı isə mənə görə normal idi. Ancaq sözsüz ki, ağız dadları çox fərqlidir. Siz çuğunduru çox sevirsinizsə, sizin ən sevimli salatınıza çevrilə bilər.

Porsiya4-5 nəfərlik

Qeyd: Əgər salatın səliqəli olmağını istəyirsinizsə, yumru və ya dördkünc bir qaba sellofan salın, içərisində salatı hazırlayın, servis edəcəyiniz boşqabı həmin qabın ağzına qoyub tərs çevirin və qabla sellofanı çıxardın. İstəyə görə sadəcə üstünə yox, ətrafına da çuğundur düzülə bilər.

Hazırlanması

1
Hazırdır

Çuğundur suda bişirilib yumru, nazik doğranır.

2
Hazırdır

Ayrı bir qabda süzmə, rəndələnmiş pendir, rəndələnmiş sarımsaq, duz və istiot qarışdırılır.

3
Hazırdır

Sonda isə çuğundurla süzməli qarışım lay-lay olacaq şəkildə hazırlanır və xırda doğranmış qoz ilə, nanə ilə bəzədilib servis edilir.

4
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

simit 1
əvvəlki
Simit
bananli rulet dilim
sonrakı
Bananlı Rulet
simit 1
əvvəlki
Simit
bananli rulet dilim
sonrakı
Bananlı Rulet

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here