Ərzaqlar
Tərəvəzlər
- 500 qram Kələm
- 2 ədəd Kök
- 1/4 ədəd Soğan
Sousu Üçün
- 1 ədəd Limonun Suyu
- 1 xörək qaşığı Üzüm Sirkəsi
- 1 xörək qaşığı Şəkər Tozu
- 1 silə desert qaşığı Duz
- 4-5 xörək qaşığı Mayonez
Məlumat
🥬 Əslində bu növ Kələm Salatını mən o qədər də sevmədim. Amma reseptini paylaşıram, çünki bilirəm ki, sevənlər çoxdur. Bu növ deyərkən, nəzərdə tutduğum sirkəli və rəndələnmiş soğanla olmağıdır. Restoran üsulu salatdır.
Sirkəsi olmasaydı və baş soğan əvəzinə göy soğan olsaydı mənə görə daha dadlı ola bilərdi. Bir də mən 1 gün sonra 5-6 tel keşniş və 5-6 tel şüyüd doğrayıb əlavə etdim, çox daha dadlı oldu.
Qeyd:
🛑 Salat çox mayonezli salat deyil, quru salatdır. Məndə mayonezi birazcıq çox olmuşdu, ona görə az yazdım. Əgər mayonezi çox az olarsa, reseptdə yazdığımdan 1 xörək qaşığı artıq əlavə edə bilərsiniz.
🛑 Bundan öncə başqa bir Qarğıdalılı Kələm Salatı paylaşmışdım, o salat həqiqətən çox dadlı idi. Klik edib reseptinə və hazırlanma qaydasına baxa bilərsiniz. Mütləq tövsiyə edirəm 😍
Hazırlanması
1 Hazırdır | Tərəvəzləri Hazırlamaq Üçün |
2 Hazırdır | Soğanı sürtgəcin kiçik gözündən keçiririk. |
3 Hazırdır 1-2 dəqiqə | Sousunu Hazırlamaq ÜçünSousu üçün ayrı bir qabda limon suyu, sirkə, duz və şəkər tozunu çəngəllə yaxşıca qarışdırırıq (şəkər tozu həll olanadək 1-2 dəqiqə qarışdırın). |
4 Hazırdır | Daha sonra isə mayonez əlavə edib qarışdırırıq |
5 Hazırdır | SondaSousu və tərəvəzlərin hamısını birlikdə qarışdırırıq. |
6 Hazırdır | Nuş olsun... |










