0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
600 qram təzə Kələm
4 ədəd bərk Xiyar
340 qramlıq bankada Qarğıdalı
4 ədəd suda bişmiş Yumurta
1/2 dəstə Cəfəri
1/2 dəstə Şüyüd
5-6 xörək qaşığı Xama
5-6 xörək qaşığı Mayonez
Duz
İstiot

Qarğıdalılı Kələm Salatı

  • 20-25 dəqiqə
  • Porsiya 8
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Qarğıdalılı Kələm Salatı 🌽🥬 Çox yüngül və çox dadlı bir salatdır. Ən əsası da tez və asan hazırlanır. Ərzaqlardan sadəcə yumurta bişirilir, qalanları birbaşa doğranır. Dadını çox bəyənəcəksiniz, mütləq yoxlayın.

 

Qeyd:

🛑 Mən bu qədər porsiya üçün ümümilikdə 1 qab (375 qram) xama1 paket (200 qram) mayonez istifadə etdim.

🛑 Hazırlayarkən diqqət edin ərzaqların heç biri sulu olmasın, hamısını axşamdan yuyub hazır qoysaz yaxşı olar ki, tamamilə qurusun. Əks halda suyu çıxır, mayonezi və xaması axır. Bu, bütün mayonezli salatlara aiddir.

Hazırlanması

1
Hazırdır

Kələmi nazik doğrayırıq

2
Hazırdır

Xiyarı nazik doğrayırıq. Xiyarın ortasındakı yumşaq hissəni doğramayıb sadəcə kənarlardakı bərk hissələrini doğrasaq daha yaxşı olar.

3
Hazırdır

Yumurtanı soyub sarısı ilə birlikdə xırda doğrayırıq.

4
Hazırdır

Göyərtiləri xırda doğrayıb əlavə edirik.

5
Hazırdır

Qarğıdalını əlavə edirik.

6
Hazırdır

Mayonez, xama, duz və istiot əlavə edib qarışdırırıq.

7
Hazırdır

Nuş olsun...

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

əvvəlki
Tavada Asan Pizza
sonrakı
Brownie
əvvəlki
Tavada Asan Pizza
sonrakı
Brownie

2 Şərh Göstər / Bağla

Salam,

Saytımızın tətbiqi mövcuddur. Sadəcə olaraq, WEB tətbiqdir, Play Store’dan və s. yüklənmir. Belə ki, telefonla saytımıza daxil olduqdan sonra təxminən 5-15 saniyə ərzində aşağıda “Ana Ekrana Yüklə” butonu çıxır. Butona klik etdikdə tətbiq telefon menyunuza yüklənir. Tutumu isə cəmi 1 MB belə deyil.

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here