










| 450 qram Toyuğun Döş Əti | |
| 4 ədəd Kartof | |
| 4 ədəd Kök | |
| 4 ədəd Yumurta | |
| 1/2 stəkan Qoz Ləpəsi | |
| 250 qram Holland Pendiri | |
| 500 qram Mayonez-Xama Qarışığı | |
| Duz |
Mimoza salatı – rus mətbəxi salatıdır. Sovet vaxtlarında icad olunmuşdur. Adı Mimoza gülündən götürülmüşdür. Qat-qat (toyuq əti, bişmiş müxtəlif tərəvəzlər, yumurta, mayonez/xama ilə) hazırlanan bir salatdır.
Əslində toyuq əti ilə hazırlansa da, mən mal əti ilə hazırladım və dadlı oldu 😊 Siz istəyə görə toyuq və ya mal əti ilə hazırlaya bilərsiniz.
Porsiya – 4-5 nəfərlik
1 Hazırdır | Əvvəlcə ət, kartof, kök və yumurta suda bişirilir. |
2 Hazırdır | Sonra ət didilir. |
3 Hazırdır | Kartof, kök və yumurtanın ağı sürtgəcin iri gözündən keçirilir, yumurtanın sarısı isə xırda gözündən keçirilir. |
4 Hazırdır | Daha sonra isə yumurtanın sarısı xaric ərzaqların hamısı lay-lay düzülür. Üstü isə yumurtanın sarısı və istəyə görə kök ilə bəzədilir. |
5 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil
4 Şərh Göstər / Bağla
Əla reseptdi hazirladim əla oldu
Salam,
Əllərinizə sağlıq, nuş olsun 🙂
Holland pendiri vurmaq mütləqdir?
Salam 🙂 Xeyr, əgər Holland pendiri sevmirsinizsə, vurmağınız şərt deyil. Novruz bayramınız mübarək olsun!..