0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 fincan Süd
1 xörək qaşığı Qaynar Su
2 çay qaşığı Şəkər Tozu
2 çay qaşığı Hazır Kofe mən hazır kofe istifadə etdim, ancaq hazır olmağı şərt deyil

Kapuçino

Südlü kofe sevənlər üçün...

  • 10 dəqiqə
  • Porsiya 1
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Kapuçino (ing. Cappuccino) – İtaliya mətbəxinə aid bir kofe növüdür. Əsl Kapuçino, Espresso və qaynar südün qaynadılması ilə hazırlanır. Ev şəraitində adi kofe ilə də hazırlana bilər. Reseptdə yazdığım da adi kofe ilə hazırlanma qaydasıdır. Dadı normal südlü kofedən çox da fərqlənmir. Ancaq əlbətdə ki, Espresso ilə hazırlanan Kapuçino dadı ilə eyni ola bilməz. 😋

Porsiya1 fincan

 

Hazırlanması

1
Hazırdır

Süd vam odda qaynamağa qoyulur.

2
Hazırdır
7-8 dəqiqə

Qaynayanadək fincana kofe, şəkər tozu və qaynar su əlavə edilib 7-8 dəqiqə dayanmadan qarışdırılır (o vaxta qədər ki, rəngi açılıb qara rəngdən açıq qəhvəyi rəngə dönsün)

3
Hazırdır

Süd qaynamağa başladıqda tez fincandakı qarışıma əlavə edilir (südü fincanın bir kənarından, ehtiyyatla tökün ki, köpüyünü söndürməsin)

4
Hazırdır

Əgər istəsəz, çay qaşığının ucuyla üzərindəki tünd və açıq rəngləri yavaşca bir birinə qatıb bəzək verə bilərsiz.

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

yeni il cupcakeleri 2
əvvəlki
Yeni İl Kapkekləri
mimoza salati
sonrakı
Mimoza Salatı
yeni il cupcakeleri 2
əvvəlki
Yeni İl Kapkekləri
mimoza salati
sonrakı
Mimoza Salatı

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here