0 0
Şokolad (İçməli)

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 fincan Süd şokoladı içəcəyiniz fincan
2,5 çay qaşığı Kakao
2,5 çay qaşığı Şəkər Tozu
20 qram Şokolad

Şokolad (İçməli)

  • 3-4 dəqiqə
  • Porsiya 1
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Bir çoxlarımız qış aylarında televizora baxarkən və ya kitab oxuyarkən yanımızda isti bir içəcək olmağından çox zövq alırıq. Amma çay və kofe içmək artıq sizi yorubsa, fərqlilik edib bu cür şokolad hazırlayıb içə bilərsiniz. Reseptdə də gördüyünüz kimi hazırlanması olduqca sadə və sadəcə 3-4 dəqiqə vaxt tələb edən bir işdir. Marketlərdən alınan şokoladların dadından heç bir fərqi yoxdur və hazır alınanlardan daha sağlıqlıdır. Ancaq onu da qeyd etmək istəyirəm ki, hər nə qədər çay, kofe, şokolad və s. içməyi sevsək də, sağlamlıq baxımından bunları alışqanlıq halına gətirməyib, daha çox bol-bol çiy su içməliyik. 🙂

Qeyd: Reseptdə şokolad da yazmışam. İstəyə görə tünd və ya südlü pletka şokolad istifadə edə bilərsiz və ya heç istifadə etməyə də bilərsiz. Mən şokoladsız da hazırlamışam, dadı çox fərqlənmir.

Porsiya 1 fincan

Hazırlanması

1
Hazırdır

Şokolad xaric bütün ərzaqların hamısı bir qabda qarışdırılıb ocağın üzərinə qoyulur və qaynayanadək qarışdıraraq bişirilir.

2
Hazırdır

Qaynamağa başladıqda şokolad əlavə edilir və əriyənədək qarışdırılıb ocağın üzərindən götürülür.

3
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

əvvəlki
Limonlu Keks
corek qizartmasi
sonrakı
Südlü Çörək Qızartması
əvvəlki
Limonlu Keks
corek qizartmasi
sonrakı
Südlü Çörək Qızartması

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil