0 0
Paytaxt Salatı

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 ədəd Kartof
3 ədəd Kök
3 ədəd Yumurtanın Ağı sarıları üstünü bəzəmək üçün istifadə edilir
200 qram Qiymələnmiş Mal Əti
370 qram Noxud
550 qram Xama
220 qram Mayonez
1/2 dəstə Keşniş
1/2 dəstə Şüyüd
1/2 dəstə Göy Soğan
Duz
Qara İstiot

Paytaxt Salatı

Mətbəx:
  • 1-1,5 saat
  • Porsiya 7
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Paytaxt salatı bir çox Şərqi Avropa ölkələrində məşhur olan bir salatdır. Rusiya mətbəxinə aiddir. Bəzi ölkələrdə bu salat Rus salatı kimi bilinir. Digər bir adı isə Olivier salatıdır. Olivier adı 19-cu əsrin 60-cı illərində Moskva şəhərində yerləşən “Ermitaj” adlı restoranın baş aşbazı Lusyen Olivier’in (fr. Lucien Olivier) adından götürülmüşdür. Əsl paytaxt salatının içərisində duzlu xiyar da olur, ancaq mən istifadə etmirəm. Siz istəyə görə 3 ədəd duzlu xiyar da əlavə edə bilərsiniz.

Porsiya7-8 kasa

Hazırlanması

1
Hazırdır

Kartof, kök, yumurta və ət suda bişirilir. Ət qiymələnir, digərləri isə (yumurta sarısı xaric) balaca kub şəklində doğranır.

2
Hazırdır

Üzərinə yuyulub xırda doğranmış göyərti, yaşıl noxud, mayonez, xama, duz və istiot əlavə edilib yavaş-yavaş yaxşıca qarışdırılır

3
Hazırdır

Sonda isə kasaya qoyulub istəyə görə yumurta sarısı və göyərti ilə bəzədilir.

4
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

qarox sorbasi 1
əvvəlki
Qarox Şorbası
ciyelek murebbesi
sonrakı
Çiyələk Mürəbbəsi
qarox sorbasi 1
əvvəlki
Qarox Şorbası
ciyelek murebbesi
sonrakı
Çiyələk Mürəbbəsi

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here