0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 kq Təmizlənmiş Çiyələk
1 kq Şəkər Tozu
1/4 çay qaşığı Limon Duzu

Çiyələk Mürəbbəsi

  • Porsiya 1
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Çay süfrələrimizin , xüsusi ilə də qonaqlar üçün hazırlanan süfrələrin bəzəyi olan çiyələk mürəbbəsinin hazırlanması çox asandır. Ancaq mürəbbənin görünüşünün və keyfiyyətinin gözəl olması üçün əsas şərtlər çiyələyin düzgün seçilməsi və vaxtında hazırlannmasıdır. Geni dəyişdirilməmiş və çox iri olmayan (yerli) çiyələkdən hazırlanan mürəbbə daha gözəl olur.

Porsiya -1 kq

Qeyd: hazır olub olmadığını dəqiq yoxlamaq üçün bir boşqaba mürəbbənin şirəsindən 2 xörək qaşığı qoyub 2-3 dəqiqə gözləyin. 2-3 dəqiqə sonra boşqabı biraz əyin. Əgər şirə qatıdırsa (üstündə qırışıqlıqlar əmələ gəlirsə), demək hazırdır. Normaldan artıq bişərsə, onda da saqqız halında olar. Diqqətli olun.

Hazırlanması

1
Hazırdır

Çiyələk saplağından təmizlənib süzgəcdə soyuq suyla yuyulur.

2
Hazırdır
5-6 saat

Suyu biraz çəkildikdən sonra ləyənə tökülüb üzərinə şəkər tozu əlavə olunur və 5-6 saat şirəsi çıxmağı üçün gözlədilir.

3
Hazırdır
40-45 dəqiqə

Sonra vam odda bişməyə qoyulur və qatılaşıb mürəbbə halına gələnədək (təxminən 40-45 dəqiqə) bişirilir (arada üzərinə çıxan köpüyü yığılır)

4
Hazırdır
5 dəqiqə

Hazır olmağına təxminən 4-5 dəqiqə qalmış limon duzu əlavə edilir və 5 dəqiqə daha qaynadılıb ocağın üzərindən götürülür.

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

paytaxt salati 2
əvvəlki
Paytaxt Salatı
gilasli keks 1
sonrakı
Gilaslı Keks
paytaxt salati 2
əvvəlki
Paytaxt Salatı
gilasli keks 1
sonrakı
Gilaslı Keks

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here