Ərzaqlar
- 2 kq Kal Pomidor
- 3 ədəd Acı Bibər
- 9-10 diş Sarımsaq
- 5-6 tel Şüyüd
- 3-4 ədəd Dəfnə Yarpağı
- 5-6 tel Kərəviz
- Ağ Su
- 1 çay qaşığı Şəkər Tozu
- 4-5 xörək qaşığı Xörək Duzu
- 2-3 çay qaşığı Sirkə Turşusu
Məlumat
Pomidor turşusu mənim sevmədiyim bir turşudur əslində. Amma sevib hazırlamaq istəyənlər üçün reseptini paylaşmaq istədim. Turşu təxminən 3 həftəyə tutur. Qaranlıq və sərin yerdə saxlanmalıdır.
Porsiya – 3 lt-lik balon
Qeyd: 10 gün ərzində 2-3 gündən bir turşunun dadına baxılmalıdır. Əgər suyun dadı duzlu olmasa hər dəfə təxminən 1 çay qaşığı duz əlavə edilməlidir. Suyun duzlu olmağı mütləqdir, yoxsa pomidor əziləcək.
Hazırlanması
1 Hazırdır | Bütün tərəvəzlər və göyərti balona yerləşdirilir. |
2 Hazırdır | Sonda isə şəkər tozu, su və sirkə turşusu əlavə edilib ağzı bağlanır. |
3 Hazırdır | Nuş olsun... :) |








