0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 stəkan Çəyirdəksiz Gilas mən turş gilas istifadə etdim
Xəmiri Üçün
4 ədəd Yumurta
1,5 stəkan Şəkər Tozu
1/3 stəkan Duru Yağ
1 paket Vanil
1 paket Qabartma tozu
2,5 stəkandan 2 barmaq artıq Un
Üstü Üçün
Şəkər Pudrası

Gilaslı Keks

Tərkibi:
    • Porsiya 1
    • Orta

    Ərzaqlar

    • Xəmiri Üçün

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    Yay aylarının ən çox sevilən kekslərindəndən biri… :)) Bu keksi istəyə görə şirin və ya turş gilas ilə hazırlayga bilərsiniz. Mən turş qarışıq şirniyyatları çox sevdiyim üçün turş gilas ilə hazırladım və dadını çox bəyəndim.

    Diametri – 35 sm

    Qeyd: yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.

    Hazırlanması

    1
    Hazırdır

    Yumurtaların ağı və sarısı ayrılır (böyük qaba sarısı). Şəkər tozunun yarısı ağının üzərinə, digər yarısı isə sarısının üzərinə əlavə edilib əvvəlcə ağı, sonra isə sarısı mikserlə çalınır. Sonra ağı sarısının üzərinə əlavə edilib qaşıqla qarışdırılır.

    2
    Hazırdır

    Yağ və süd əlavə edilib qaşıqla qarışdırılır.

    3
    Hazırdır

    Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır.

    4
    Hazırdır

    Sonra un olan qarışım digər qarışıma az-az ələnərək qaşıqla yavaş-yavaş qarışdırılır.

    5
    Hazırdır
    175° C, 25-30 dəqiqə

    Daha sonra çəyirdəkdən təmizlənmiş gilas əlavə edilib qarışdırılır, yağlanmış listə tökülür və əvvəlcədən isidilmiş 175° C sobada içi bişənədək (təxminən 30-35 dəqiqə) nəzarət edilərək bişirilir.

    6
    Hazırdır

    Servis Edərkən

    Üzərinə ələk ilə şəkər pudrası səpilir və istəyə görə gilas ilə bəzədilir.

    7
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    ciyelek murebbesi
    əvvəlki
    Çiyələk Mürəbbəsi
    saftalili keks
    sonrakı
    Şaftalılı Keks
    ciyelek murebbesi
    əvvəlki
    Çiyələk Mürəbbəsi
    saftalili keks
    sonrakı
    Şaftalılı Keks

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil

    Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here