0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
2 paket (400 qram) Petit-Beurre Peçenye
3/4 stəkan Ləpə
3-4 xörək qaşığı Kakao
2-3 xörək qaşığı Şəkər Tozu
2-3 xörək qaşığı Əridilmiş Kərə Yağı
Üstü Üçün
2 ədəd Pletka Şokolad ən sevdiyinizdən
4 xörək qaşığı Süd

Şokoladlı Truffle

Tərkibi:
    • 30 dəqiqə
    • Porsiya 25
    • Asan

    Ərzaqlar

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    Şokoladlı Truffle 🍫 Sadəcə yarım saata hazırlanır. Peçenye ilə hazırlandığına görə asan və tez hazır olur. Dadı isə çoox qəşəngdir.

    Hazırlanma qaydası bundan ibarətdir ki, bütün ərzaqları blendrdan keçiririk, azacıq yoğururuq, kiçik parçalar götürüb yumrulayırıq və əridilmiş şokolada batırırıq. Bu qədər. Daha ətraflı aşağıda ⬇️

    🛑 Əgər topları şokolada hərtərəfli yox, yarısını batıracaqsınızsa, 1 ədəd pletka şokolad kifayətdir.
    🛑 Mənim fikrimcə resept kakossuz daha dadlıdır.

    🛑 Zövqə görə qoz, fındıq, badam və ya qarışıq ləpə istifadə edə bilərsiniz.

    ✔️ Porsiya25 ədəd

    Hazırlanması

    1
    Hazırdır

    Topları Hazırlamaq Üçün

    Peçenyeni blendrdan toz halına gələnədək keçiririk.

    2
    Hazırdır

    Ləpə, kakos, şəkər tozu və kakaonu birlikdə blendrdan keçiririk və peçenyenin üzərinə əlavə edib qaşıqla qarışdırırıq. Mən ləpənin bir az iri qırıqlar halında qalmasını sevirəm deyə tamamilə toz halına gətirmədim, azacıq iri saxladım. Siz zövqə görə edin.

    3
    Hazırdır
    3-5 dəqiqə

    Kərə yağı və süd əlavə edib 3-5 dəqiqə yaxşıca yoğururuq. Xəmirimiz hazırdır.

    4
    Hazırdır

    Xəmirdən kiçik parçalar götürüb ovucumuzda yumrulayırıq.

    5
    Hazırdır

    Şokolad Sousunu Hazırlamaq Üçün

    Ayrı bir qaba süd və pletka şokolad əlavə edib şokoladı buxarda əridirik.

    6
    Hazırdır

    Servis Üçün

    Toplarımızı öncə hərtərəfli kakosa batırırıq (əgər kakos istifadə olunacaqsa), sonra isə şokolada batırırq. İstəyə görə şokolada hərtərəfli və ya yarısını batıra bilərsiniz. Hərtərəfli batırılarsa, daha dadlı olar.

    7
    Hazırdır

    Servisi səliqəli olsun istəyirsinizsə, şokalada buladığımız topları kağıza qoyuruq, üzərlərinə çöplər yerləşdiririk.

    8
    Hazırdır
    2-3 saat

    Sonda isə şokoladın bərkiməyi üçün soyuducuya qoyuruq. Təxminən 2-3 saat sonra servis edə bilərsiniz.

    9
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Qaymaqlı Asan Peçenye Tort
    əvvəlki
    Qaymaqlı Asan Peçenye Tort

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil