0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
80 qram Marqarin Və Ya Kərə Yağı mən kərə yağı istifadə edirəm
3/4 stəkan Qatıq
3/4 stəkan Şəkər Tozu
1 paket Vanil
1/2 çay qaşığı Çay Sodası
Ala bildiyi qədər Un
Üstü Üçün
Yumurtanın Sarısı
Şəkər Tozu

Üstü Şəkər Tozlu Qurabiyə

Tərkibi:
    • 1 saat
    • Porsiya 12
    • Asan

    Ərzaqlar

    • Xəmiri Üçün

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    Bu qurabiyənin üstü şəkər tozu olmayan variatını daha öncə paylaşmışdım, klik edib baxa bilərsiniz. Mənə görə üzərində şəkər tozu olub olmamağı dadında çox fərq edir. Hər ikisi hazırlanması çox asan olan qurabiyədir.

    Porsiya12-13 ədəd

    Hazırlanması

    1
    Hazırdır

    Xəmiri Hazırlamaq Üçün

    Yağ normal odda əridilir.

    2
    Hazırdır
    3-4 dəqiqə

    Biraz soyuduqda (3-4 dəqiqə sonra) qatıq və çay sodası birlikdə qarışdırılıb yağa əlavə edilir.

    3
    Hazırdır

    Sonra şəkər tozu və vanil əlavə edilib qarışdırılır.

    4
    Hazırdır

    Daha sonra az-az un əlavə edilərək ələ yapışmayan yumşaq xəmir yoğrulur.

    5
    Hazırdır
    170°C, 30-35 dəqiqə

    Sonda isə yumurta böyüklükdə parçalar qopardılıb ovucun içində yumrulanıb listə düzülür, üzərlərinə fırça ilə yumurta sarısı çəkilir, şəkər tozuna batırılır və 170° C sobada təxminən 30-35 dəqiqə nəzarət edilərək bişirilir.

    6
    Hazırdır

    Nuş olsun...

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Beyti Kababı
    sonrakı
    Tavada Tərəvəzli Pizza
    əvvəlki
    Beyti Kababı
    sonrakı
    Tavada Tərəvəzli Pizza

    2 Şərh Göstər / Bağla

    Aleykum Salam, Zeynəb xanım.

    3/4 stəkan demək, stəkanın 4’də 3-ü deməkdir. Yəni, yarım stəkandan təxminən 2 barmaq artıq.

    Yaxud, 1/4 xörək qaşığı duz o deməkdir ki, qaşığın 4’də 1-i qədər duz. Yəni, qaşığı 4 yerə bölürsünüz, 1 hissəsi qədər duz istifadə edirsiniz.

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil