0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Hər İki Resept Üçün
800-1000 qram Qat-Qat Xəmir
Krem Resepti 1
4 ədəd Yumurta
2 təkan Şəkər Tozu
4 xörək qaşığı Un
1 litr Süd
2 paket Vanil
150 qram Kərə Yağı
Krem Resepti 2
0,5 litr Süd
2 stəkan Şəkər Tozu
4 xörək qaşığı Un
200-250 qram Kərə Yağı

Napoleon

Mətbəx:
    • Porsiya 9
    • Asan

    Ərzaqlar

    • Hər İki Resept Üçün

    • Krem Resepti 1

    • Krem Resepti 2

    Məlumat

    Paylaş

    Ən asan Napoleon Pirojnası 🥧 Bu postda 2 növ resept paylaşacam. Hər ikisində xəmiri marketdən hazır alırıq. Elə bu qədər asan hazırlanmasının səbəbi xəmiri hazır almağımızdır. Reseptlər arasında fərq sadəcə kremlərin fərqliliyidir. Mənə görə 2-ci resept daha dadlıdır.

    ☑️ Hazır aldığımız qat-qat xəmiri 800-1000 qram istifadə edirik (2 paket, hərəsi ya 400, ya 500 qramlıq)

    Porsiya – 1 list (9 balaca dilim)

    Listin diametri20 sm

    Hazırlanması

    1
    Hazırdır
    2-3 dəqiqə

    1-ci Reseptdəki Kremi Hazırlamaq Üçün

    Yumurta və şəkər tozunu çırpıcı ilə 2-3 dəqiqə çalırıq.

    2
    Hazırdır

    Süd və unu əlavə edilib qarışdırırıq.

    3
    Hazırdır

    Ocağın üzərində qaynayıb biraz qatılaşanadək bişiririk.

    4
    Hazırdır

    Ocağın üzərindən götürdükdə vanil və kərə yağı əlavə edib qarışdırırıq. Kərə yağı içərisində əriyəcək.

    5
    Hazırdır

    Üzərinə streç çəkib soyuyanadək gözlədirik.

    6
    Hazırdır

    2-ci Reseptdəki Kremi Hazırlamaq Üçün

    Əvvəlcə südün yarısını və unu bir kasada yaxşıca qarışdırırıq (kremin içində un topaqlarının qalmamağı üçün bunu etmək məsləhətdir).

    7
    Hazırdır

    Sonra bir qazanın içərisinə həmin qarışımı, qalan südü, şəkər tozunu əlavə edib qarışdırırıq və ocağın üzərinə qoyuruq. Normal odda qarışdırmağa ara vermədən qatılaşanadək bişiririk.

    8
    Hazırdır

    Daha sonra tamamilə soyumağı üçün gözləyirik.

    9
    Hazırdır
    10-15 dəqiqə

    Sonda isə otaq istiliyində yumşalmış kərə yağını əlavə edib mikserlə krem halına gələnədək (təxminən 10-15 dəqiqə) çalırıq (əgər 200 qram kərə yağı ilə krem istədiyinizdən biraz duru olarsa, biraz daha kərə yağı əlavə edib qatılaşdıra bilərsiniz).

    10
    Hazırdır
    200°C, 25-30 dəqiqə

    Qat-Qat Xəmiri Hazırlamaq Üçün

    Hazır aldığımız qat-qat xəmiri kub şəklində doğrayıb 200°C sobada altı və üstü qızaranadək (təxminən 25-30 dəqiqə) bişiririk.

    11
    Hazırdır

    Pirojnanı Hazırlamaq Üçün

    Xəmir soyuduqdan sonra qatlarını ayırırıq. Birazını üstünün oxağı üçün kənara qoyuruq. Qalanını isə kremə qatıb qarışdırırq.

    12
    Hazırdır

    Kilidli bir listə töküb hər tərəfinə yayırıq.

    13
    Hazırdır
    4-5 saat

    4-5 saat soyuducuda saxlayıb çıxarırıq və üzərini, ətrafını oxaqla örtürük.

    14
    Hazırdır

    Nuş olsun...

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Almalı Keks 2
    sonrakı
    Kofe
    əvvəlki
    Almalı Keks 2
    sonrakı
    Kofe

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil