1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
5 ədəd iri Yumurta
1,5 stəkan Şəkər Tozu
1 stəkan Süd otaq temperaturunda
1 ədəd Limonun Rəndələnmiş Qabığı sürtgəcin kiçik gözündən keçirilmiş
1 ədəd Limonun Suyu təxminən 2-3 xörək qaşığı çıxır
2,5 stəkan + 2 xörək qaşığı Un
1 paket Vanil
1 paket Qabartma tozu
2-3 çimdik Duz
Üstü Üçün
350-500 qram Çiyələk
Şəkər Pudrası

Çiyələkli Keks

Tərkibi:
    • 1 saat
    • Porsiya 1
    • Orta

    Ərzaqlar

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    Yayda hazırlayacağımız ən dadlı kekslərdən biridir 🍓🍓🍓

    İstəyə görə 350 qram çiyələklə də hazırlamaq olar, 500 qram çiyələklə də hazırlamaq olar. Hər ikisinin incəliyini hazırlanma mərhələsində qeyd edəcəyəm. Saytımızda eyni zamanda Çiyələkli TortÇiyələkli Rulet reseptləri var, üzərindən klik edərək baxa bilərsiniz. Əsas odur əzilmiş, sulu çiyələklər yox, bərk çiyələklər istifadə olunsun.

    Hazırlanması

    1
    Hazırdır
    8-10 dəqiqə

    Xəmirini Hazırlamaq Üçün

    Yumurta və şəkər tozunu birlikdə 8-10 dəqiqə mikserlə çalırıq.

    2
    Hazırdır

    Süd, limon suyu və limon qabığı rəndəsini əlavə edib altdan üstə doğru yavaşca qarışdırırıq.

    3
    Hazırdır

    Ayrı bir qabda un, vanil, qabartma tozu və duzu qarışdırırıq.

    4
    Hazırdır

    Sonra un olan qarışımı yumurta olan qarışıma az-az ələyirik, yenə altdan üstə doğru ehmalca qarışdırırıq.

    5
    Hazırdır
    170°C, 35-40 dəqiqə

    Keksi Sobaya Vermək Üçün

    Xəmirimizi listə tökürük, üzərinə doğradığımız çiyələkləri düzürük və öncədən qızdırılmış 170°C sobada içi bişib üstü qızaranadək (təxminən 35-40 dəqiqə) bişiririk.

    6
    Hazırdır

    Biraz soyuduqdan sonra üzərinə şəkər pudrası ələyərik.

    7
    Hazırdır

    Əgər bu şəkildəki kimi çiyələyi bol-bol olsun istəyirsinizsə, yaxşı olar ki, çiyələkləri xəmirin üstündən yox, altından düzəsiniz. Yəni, listə öncə yağlı bişirmə kağızı sərin, azacıq (1 çay qaşığı) şəkər tozu səpin, çiyələkləri düzün, xəmiri də üstündən töküb bişirin. Bişdikdən sonra isə keksi tərs çevirin ki, çiyələklər keksin üzərində olsun (altda kağız olduğuna görə keks qırılmayacaq).

    8
    Hazırdır

    Nuş olsun...

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Kofe
    sonrakı
    Beyti Kababı
    əvvəlki
    Kofe
    sonrakı
    Beyti Kababı

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil