







Biskviti Üçün | |
| 4 ədəd Yumurta | |
| 4 xörək qaşığı Şəkər Tozu | |
| 3/4 stəkan Un | |
| 1 çimdik Duz | |
| 1 paket Vanil | |
| 1 desert qaşığı Qabartma tozu | |
Çiyələk Sousu Üçün | |
| 250 qram Təmizlənmiş Çiyələk | |
| 1/2 stəkan Şəkər Tozu | |
| 1/2 xörək qaşığı Nişasta | |
Kremi Üçün | |
| 150 qram Kərə Yağı | |
| 3/4 banka Qatılaşdırılmış Süd | |
Bəzəmək Üçün | |
| 5 ədəd Çiyələk |
Bundan öncəki paylaşımda çiyelekli tort resepti paylaşmışdım. Bu gün paylaşdığım bu çiyelekli ruleti isə eynən o tortun resepti ilə bişirdim. Tək fərq vaxt qənaəti və ərzaq miqdarıdır. Balaca bir listdə, kiçik rulet bişirsəz, torta istifadə olunan ərzaqların 1/3-i qədər istifadə etmək kifayət edər. Ancaq mən iri rulet (35 sm) bişirdiyimə görə tort ərzaqlarının yarısı qədər istifadə etdim.
Listin diametri – 35 sm
Qeydlər:
1 Hazırdır 7-8 dəqiqə | Biskvitini Hazırlamaq ÜçünYumurta və şəkər tozu birlikdə mikserlə ağaranadək (7-8 dəqiqə) çalınır. |
2 Hazırdır | Ayrı bir qabda un, duz, vanil və qabartma tozu qarışdırılır. |
3 Hazırdır | Sonra un olan qarışım digər qarışıma ələnərək qaşıqla yavaş-yavaş qarışdırılır. |
4 Hazırdır 170°, 18-20 dəqiqə | Daha sonra yağlı kağız sərilən listə tökülüb hər tərəfinə səliqəli yayılır və əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (17-20 dəqiqə) nəzarət edilərək bişirilir. |
5 Hazırdır 1-2 dəqiqə | Sonda isə sobadan çıxarılıb isti halda kağızı ilə birlikdə rulet şəklində bükülür, 1-2 dəqiqə sonra açılır və tam soyumağı üçün azı 2 saat gözlədilir (əgər tez büksəz, ruletiniz çatlayacaq). |
6 Hazırdır | Çiyələkli Sousunu Hazırlamaq ÜçünTəmizlənmiş çiyələk blenrdan qatı su halına gələnədək keçirilir. |
7 Hazırdır | Sonra isə üzərinə şəkər tozu və nişasta əlavə edilib normal odda qaynayıb qatılaşanadək bişirilir. |
8 Hazırdır 15 dəqiqə | Kremini Hazırlamaq ÜçünOtaq istiliyində kərə yağı və qatılaşdırılmış süd krem halına gələnədək (təxminən 15 dəqiqə) mikserlə çalınır. |
9 Hazırdır | Ruleti Bəzəmək Üçün |
10 Hazırdır | Kremin qalan yarısı da ruletin üzərinə çəkilir, üstünə isə sous tökülüb hər tərəfinə səliqəli yayılır. |
11 Hazırdır 2 saat | Sonda isə kənarlarının səliqəsiz hissəsi kəsilib çiyələk ilə istənilən şəkildə bəzədilir və soyuducuya qoyulur. 2 saat soyuducuda qaldıqdan sonra servis edilir. |
12 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil