













Biskviti Üçün | |
| 6 ədəd İri Yumurta | |
| 1 stəkan Şəkər Tozu | |
| 1 paket Vanil | |
| 1 desert qaşığı Qabartma tozu | |
| 1 çimdik Duz | |
| 1,5 stəkan Un | |
Kremi Üçün | |
| 250 qram Kərə Yağı | |
| 1 banka Qatılaşdırılmış Süd | |
Arası Üçün | |
| 500 qram Təmizlənmiş Çiyələk | |
Çiyələkli Sousu Üçün | |
| 500 qram Çiyələk | |
| 1/2 stəkan Şəkər Tozu | |
| 1 xörək qaşığı Nişasta | |
Bəzəmək Üçün | |
| 10-15 ədəd Çiyələk |
Bu çiyelekli tortun əksər çiyelekli tortlardan fərqi marketlərdən hazır alınan meyvəli jelatin ilə yox, evdə təbii meyvədən bişirilən çiyələkli sousla hazırlanmasıdır. Əsl yay dadında bir tortdur. Şəkillərdən də gördüyünüz kimi ayrı-ayrı vaxtlarda bişirdiyim 2 cür şəkilini paylaşmışam. Hər ikisinin resepti eynidir. Rəng fərqliliyi isə otağın işığı ilə əlaqəlidir. Canlı rəngi ilk şəkildəki kimidir. Siz də istədiyiniz kimi bəzəyə bilərsiniz.
Diametri – 25 sm, 1 biskvit (3 hissəyə bölünmüş)
İkinci şəkildəki tortun diametri 35 sm-dir. Reseptdə qeyd etdiyim ərzaq miqdarı 25 sm tort üçündür.
Qeydlər:
1 Hazırdır 8-10 dəqiqə | Biskvitini Hazırlamaq ÜçünYumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə çalınır. |
2 Hazırdır | Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır |
3 Hazırdır 170° C, 30-35 dəqiqə | Sonra un olan qarışım digər qarışıma ələnərək qaşıqla qarışdırılır və əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 30-35 dəqiqə) nəzarət edilərək bişirilir. |
4 Hazırdır | Kremini Hazırlamaq ÜçünOtaq istiliyində kərə yağı və qatılaşdırılmış süd krem halına gələnədək (təxminən 15 dəqiqə) mikserlə çalınır. |
5 Hazırdır | Çiyələkli Sousu ÜçünTəmizlənmiş çiyələk blenrdan qatı su halına gələnədək keçirilir. |
6 Hazırdır | Sonra isə üzərinə şəkər tozu və nişasta əlavə edilib normal odda qaynayıb qatılaşanadək bişirilir. |
7 Hazırdır | Tortu Bəzəmək Üçün |
8 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil