0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 paket (600 qram) Petit-Beurre Peçenye
Pudinqi Üçün
2 litr Süd
1-1,5 stəkan Şəkər Tozu
5 dolu xörək qaşığı Un
5 xörək qaşığı Kakao
20-30 qram Kərə Yağı təxminən 1 xörək qaşığı
1 paket Vanil
Üstü Üçün
2-3 xörək qaşığı Kakao

Şokoladlı Asan Peçenye Tort

Tərkibi:
    • 30 dəqiqə
    • Porsiya 16
    • Asan

    Ərzaqlar

    • Pudinqi Üçün

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    30 dəqiqədə “Tənbəl Tortu” 😀 Şokoladlı Asan Peçenye Tort 🍫 Sobadan da istifadə etmirik, mikserdən də istifadə etmirik, xəmir də hazırlamırıq 😌 Sadəcə şokoladlı pudinq hazırlayırıq və lay-lay düzdüyümüz peçenyelərin arasına pudinqi çəkirik 😍 Bu qədər. Bir növ Tiramisu kimi. 30 dəqiqəyə hazır olur. Çooox dadlı oldu 😋 Saatlarla vaxt sərf edib bişirdiyimiz şokoladlı tortlardan fərqi demək olar ki, yoxdur. Hətta, məncə bir çoxundan daha dadlıdır. Mənim ömürlük favori reseptlərimə əlavə olundu 😄 Mütləq tez-tez bişirəcəm 🍫

    ✔️ Listimin ölçüsü: 26×26 sm
    ✔️ Porsiya: 16 dilim / 5 qat

    Hazırlanması

    1
    Hazırdır

    Pudinqini Hazırlamaq Üçün

    Kərə yağı və vanil xaric, bütün ərzaqların hamısını bir qazanda qarışdırıb ocağın üzərinə qoyuruq.

    2
    Hazırdır

    Qarışdırmağa ara vermədən qaynayıb qatılaşanadək bişiririk (qarışdırmağa ara versəz dibi yapışacaq).

    3
    Hazırdır

    Tam qatılaşdıqda isə ocağın üzərindən götürürük, kərə yağı və vanil əlavə edib qarışdırırıq.

    4
    Hazırdır

    Tortu Hazırlamaq Üçün

    Kilidli list götürürük, tabanına 1 lay peçenye düzürük, üzərinə bir az pudinq əlavə edib hər tərəfinə yayırıq (bu etapı pudinq isti olarkən edin, nə qaynar, nə soyuq).

    5
    Hazırdır

    Sonra 1 qat da peçenye düzüb yenə pudinq yayırıq. Ərzaqlar bitənədək bu şəkildə davam edirik.

    6
    Hazırdır
    5-7 saat

    Sonuncu qat pudinqi də yaydıqdan sonra tortumuzu soyuducuya qoyuruq, ən az 5-7 saat sonra listindən çıxarırıq, üzərinə kakao ələyib servis edirik. Mümkündürsə, servisdən 1 gün öncə hazırlayın, çoox dadlı olacaq.

    7
    Hazırdır

    İstəsəz, üzərinə kakao ələmək yerinə, artıq qalan peçenye varsa, blendrdan keçirib tortun üstünə oxaq kimi tökə bilərsiz. Mən kakaolu sevirəm.

    8
    Hazırdır

    Nuş olsun...

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    əvvəlki
    Sobada Cincilimli Göy Kətəsi
    sonrakı
    Qaymaqlı Asan Peçenye Tort
    əvvəlki
    Sobada Cincilimli Göy Kətəsi
    sonrakı
    Qaymaqlı Asan Peçenye Tort

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil