







| 4 ədəd Yumurta | |
| 1,5 stəkan Şəkər Tozu | |
| 1/2 stəkan Süd | |
| 1/3 stəkan Duru Yağ | |
| 2,5 stəkan Un | |
| 1 paket Vanil | |
| 1 paket Qabartma tozu | |
| 2 ədəd Şaftalı | |
Servis Üçün | |
| Şaftalı |
Porsiya – 1 list
Qeyd: yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.
1 Hazırdır | Yumurtanın ağı və sarısı ayrılır (böyük qaba sarısı). Şəkər tozunun yarısı ağının üzərinə, digər yarısı isə sarısının üzərinə əlavə edilib əvvəlcə ağı, sonra isə sarısı mikserlə çalınır. Sonra ağı sarısının üzərinə əlavə edilib qaşıqla yavaş-yavaş qarışdırılır. |
2 Hazırdır | Sonra yağ və süd əlavə edilib qaşıqla qarışdırılır. |
3 Hazırdır | Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır. |
4 Hazırdır | Sonra un olan qarışım digər qarışıma az-az ələnərək qaşıqla yavaş-yavaş, un gözdən itənədək qarışdırılır. |
5 Hazırdır | Daha sonra şaftalı soyulub doğranır və qarışıma əlavə edilib yavaşca qarışdırılır. |
6 Hazırdır 175° C, 35 dəqiqə | |
7 Hazırdır | Servis Etmək ÜçünBişib soyuduqdan sonra isə istəyə görə şaftalı dilimləri ilə bəzədilir və balaca ələk ilə şəkər pudrası səpilib servis edilir. |
8 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil