0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
600-700 qram Quşbaşı Mal Və Ya Dana Əti
4 ədəd Badımcan
4 ədəd Şirin Bibər
2 ədəd Acı Bibər
2 ədəd iri Soğan
2-3 diş Sarımsaq
Duru Yağ
Duz
Sousu Üçün
1,5 stəkan Ət Suyu
1,5 xörək qaşığı Pomidor Tomatı
1 çay qaşığı Kəklikotu
2-3 çimdik Duz
Qırmızı İstiot
Üstü Üçün
7-8 ədəd Uzun Bibər neçəsi acı, neçəsi şirin istəyə görə
7-8 ədəd Pomidor balaca bütöv və ya pomidor dilimləri

Şehzade Kebabı

Tərkibi:
  • ətli
Mətbəx:
  • 2,5 saat
  • Porsiya 5
  • Orta

Ərzaqlar

  • Sousu Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Şehzade Kebabı Türkiyənin Amasya bölgəsinin mətbəxinə aid bir yeməkdir. Sobada bişən məşhur yay yeməklərindən biridir. Saytımızdakı onlarla reseptin içərisində ən favori reseptim bu reseptdir. Həqiqətən çox-çox dadlıdır. Ətrafımda yeyib də bəyənməyən hələ olmayıb, hətta onların da ən favorilərinə çevrilib. Qonaq süfrələri üçün möhtəşəmdir.

Porsiya5-6 nəfərlik

 

Hazırlanması

1
Hazırdır

Ərzaqları Hazırlamaq Üçün

Əvvəlcə quşbaşı doğradığımız əti suda bişiririk (bişənə yaxın duz əlavə edirik). Suyunu sous üçün ayırırıq.

2
Hazırdır

Doğrayıb duzladığımız badımcanı yüngül qızardırıq.

3
Hazırdır

Soğan, bibər və sarımsağı da xırda doğrayırıq, duz əlavə edib yüngül qızardırıq.

4
Hazırdır

Sousunu Hazlrlamaq Üçün

Bütün sous ərzaqlarını bir qabda qarışdırırıq.

5
Hazırdır

Sobaya Vermək Üçün

Listə əvvəlcə qızarmış badımcanı, sonra soğan və bibər, sonra isə əti lay-lay düzürük.

6
Hazırdır

Sousu üzərinə gəzdirib sobaya veririk.

7
Hazırdır
200° C, 35-40 dəqiqə

Sonda isə üstünə bütöv bibər və pomidorları (adam sayına uyğun) istənilən şəkildə düzürük, pomidor və bibərə duz səpirik, 200° C sobada bibərlə pomidor yumşalıb qızaranadək bişiririk (məndə 35-40 dəqiqəyə bişdi).

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

əvvəlki
Kələm Salatı
sonrakı
Gül və Çiyələk Kompotu
əvvəlki
Kələm Salatı
sonrakı
Gül və Çiyələk Kompotu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here