







Xəmiri Üçün | |
| 3 ədəd Yumurta | |
| 1/2 stəkan Şəkər Tozu | |
| 1/4 stəkan Su | |
| 1/2 stəkan Un | |
| 1 paket Qabartma tozu | |
| 1/2 paket Vanil | |
| 1 desert qaşığı Kakao | |
İç Kremi Üçün | |
| 2 stəkan Süd | |
| 3 silə xörək qaşığı Nişasta | |
| 4 xörək qaşığı Şəkər Tozu | |
| 30-40 qram Kərə Yağı | |
| 1/2 paket Vanil | |
Üst Kremi Üçün | |
| 1 paket Krem Şanti | |
| 1/2 stəkan Süd | |
Arası Üçün | |
| 2 ədəd Banan | |
| 1/2 stəkan Qoz Ləpəsi | |
Üstü Üçün | |
| Kakos | |
| Qoz |
Reseptinin uzun olmağına baxmayaraq, bananli ruletin hazırlanması çox sadədir. Dadı isə yüngül dad sevənlər üçün çox dadlı olacaq. Mən həm yüngül dadı çox sevirəm, həm də bananı çox-çox sevirəm. Ona görə də çox bəyənərək yedim. Ancaq heyif ki, iri qabda hazırlamamışdım, ona görə bananı yan-yana 2 cərgə qoya bilmədim, yerləşmədi. Daha doğrusu yerləşdi, ancaq rulet görünüşü biraz pozuldu. Əgər siz iri qabda hazırlasaz, bananı 2 cərgə, hər cərgədə isə 2 ədəd banan olmaqla, 4 ədəd bananlı hazırlaya bilərsiniz, çox daha dadlı olacaq.
Listin diametri – 35 sm
Qeyd: məndə xəmiri də, kremi də eyni rəng idi deyə ruletin içəri qatlanan izləri aydın görünmür. Əgər aydın görünməyini istəsəz, xəmirinə biraz kakao qatın, rəngləri fərqli olsun.
1 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünYumurta və şəkər tozu birlikdə mikserlə çalınır. |
2 Hazırdır | Sonra su əlavə edib qarışdırılır. |
3 Hazırdır 170° C, 10-13 dəqiqə | Daha sonra isə un, qabartma tozu , vanil və kakao əlavə edilib qarışdırılır, yağlı kağız sərilmiş listə tökülür, əvvəlcədən isidilmiş 170° sobada içi bişib üzü qızaranadək (təxminən 10-13 dəqiqə) bişirilir. |
4 Hazırdır 1-1,5 dəqiqə | Sobadan çıxardıqdan sonra isti-isti, kağızı ilə birlikdə rulet şəklində yumrulanır (kağız çöldə qalacaq şəkildə), 1-1,5 dəqiqə o şəkildə qaldıqdan sonra açılır. |
5 Hazırdır | İç Kremini Hazırlamaq ÜçünBir qazanda 0,5 stəkan süd və nişasta əzərək yaxşıca qarışdırılır. |
6 Hazırdır | Sonra üzərinə qalan 1,5 stəkan süd və şəkər tozu əlavə edilib ocağın üzərində bişməyə qoyulur (hazır olanadək qarışdırmağa ara verməyin) |
7 Hazırdır | Qaynamağa başladıqdan sonra biraz qatılaşanadək (təxminən 1 dəqiqə daha) bişirilir və ocağın üzərindən götürülür. |
8 Hazırdır | Ocağın üzərindən götürən kimi isə kərə yağı və vanil əlavə edilib qarışdırılır. |
9 Hazırdır | Üst Kremini Hazırlamaq ÜçünKrem şanti və süd qatılaşanadək mikserlə çalınır. |
10 Hazırdır | Şəkil Vermək ÜçünSonda isə xəmirin arasına iç kremi çəkilir, qoz ləpəsi səpilir, yumrulamağa başlayacağınız yerə 1 və ya 2 cərgə banan qoyulub kağızdan yavaş-yavaş aralanaraq yumrulanır. Üzərinə üst kremi çəklilib kakosla qozla bəzədilir. Ruletin kənarlarının səliqəsiz hissəsi isə bıçaqla kəsilir. |
11 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil