1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri üçün
3 stəkan Un
1/2 stəkan İlıq Su
1/2 stəkan İlıq Süd
1 çay qaşığı Duz
1 çay qaşığı Maya
İçlik üçün
250-300 qram Mal Əti
2 ədəd Soğan
1 ədəd Şirin Bibər
1 ədəd Acı Bibər
2 ədəd Pomidor
1 xörək qaşığı Pomidor Tomatı
1/4 dəstə Petruşka
1 dolu çay qaşığı Duz təxmini
1/2 çay qaşığı Qırmızı İstiot acılı sevənlər istəyə görə 2 çay qaşığı və ya daha çox istifadə edə bilərlər
1/2 stəkan Duru Yağ mən əridilmiş kərə yağ istifadə etdim
Servis üçün
2-3 ədəd Limon istəyə görə
2-3 ədəd Pomidor istəyə görə
Petruşka istəyə görə

Lahmacun

Tərkibi:
  • ətli
Mətbəx:
  • 3-3.5 saat
  • Porsiya 9
  • Çətin

Ərzaqlar

  • Xəmiri üçün

  • İçlik üçün

  • Servis üçün

Məlumat

Paylaş

Lahmacun sözünün ərəb dilində mənası “lahm-ü macin” – “ət və yoğrulmuş xəmir” deməkdir. Mayasız xəmirdən hazırlanır. Üzərinə ət və müxtəlif ədviyyatlar əlavə edilərək bişirilir. Ən gözəl lahmacun kürədə bişirilənidir. Eyni zamanda tavada və sobada da bişirilə bilir. Daha çox arasına petruşka qoyulub, limon sıxılıb, dürmək şəklində bükülüb yeyilir və daha çox ayran ilə servis edilir. Mən isə sizlə bu gün sobada bişirdiyim lahmacunu paylaşıram… 😊

 

Porsiya – 9 ədəd, diametri – 20 sm.

 

Qeyd: Əslində lahmacunun əti çiy halda xəmirin üzərinə yayılıb bişirilir. Ancaq 6-8 dəqiqə bişmiş əti yemək məni narahat etdiyinə görə əvvəlcə içliyi qarışdırıb 20 dəqiqə ocağın üzərində bişirdim, biraz soyuduqdan sonra isə xəmirin üzərinə yayıb sobaya qoydum.

Hazırlanması

1
Hazırdır
15-20 dəqiqə

Xəmirini Hazırlamaq Üçün

Su, süd və maya qarışdırılıb 15-20 dəqiqə gözlədilir.

2
Hazırdır

Ayrı bir qabda un və duz qarışdırılır.

3
Hazırdır
2-2,5 saat

Sonra un olan qarışım su olan qarışıma az-az əlavə edilərək ələ yapışmayan yumuşaq xəmir yoğrulur və isti bir yerdə, qapalı şəkildə 2-2,5 saat gözlədilir.

4
Hazırdır

İçliyini Hazırlamaq Üçün

Əvvəlcə ət və soğan birlikdə ət çəkən maşından keçirilir.

5
Hazırdır

Sonra petruşka, pomidor və bibərlər xırda-xırda doğranıb əlavə edilir. (istəyə görə blendrdan da keçirilə bilər)

6
Hazırdır

Sonda isə tomat, yağ, duz və istiot əlavə edilib qarışdırılır.

7
Hazırdır

Sobaya Vermək Üçün

Qabarmış xəmir 1 dəqiqə daha yoğrulur və xəmirdən 9 eyni bərabərdə kündə hazırlanır.

8
Hazırdır

Kündələrdən biri götürülür, unlanır və oxlov ilə boşqab böyüklükdə, çox nazik xəmir açılır.

9
Hazırdır
200° C, 6-8 dəqiqə

Sonra üstünə təxminən 1 desert qaşığı içlik qoyulub hər tərəfinə yayılır və əvvəlcədən isidilmiş 200 dərəcə sobada 6-8 dəqiqə arası bişirilir. (nəzarət edin; yanmasın.)

10
Hazırdır

Digər 8 lahmacun da eyni qayda ilə hazırlanır.

11
Hazırdır

Hazır olduqda istəyə görə hərəsinin arasına 1/4 pomidor, 1/4 limon və petruşka qoyulub rulet şəklində bükülüb servis edilir.

12
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

toyuq cigirtmasi
əvvəlki
Toyuq Çığırtması
etli borek
sonrakı
Ətli Börek
toyuq cigirtmasi
əvvəlki
Toyuq Çığırtması
etli borek
sonrakı
Ətli Börek

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here