







Xəmiri Üçün | |
| 2 stəkan Un | |
| 1 stəkan Su | |
| 1 çay qaşığı Duz | |
| 1 çay qaşığı Toz Maya | |
Üstü Üçün | |
| 1 ədəd Şirin Bibər | |
| 1 ədəd Acı Bibər | |
| 200-250 qram Göbələk | |
| 1 ədəd Kök | |
| 3 ədəd Pomidor | |
| 2-3 xörək qaşığı Əridilmiş Kərə Yağı | |
| 3 ədəd Yumurta | |
| 70-80 qram Holland Pendiri | |
| Duz | |
| Qırmızı İstiot |
Pizza – İtaliya mətbəxinə aid bir xəmir işi yeməyidir. Rəvayətə görə pizza müharibə dövründə yaranmışdır. Müharibə dövründə İtalyan qadınları kasıblıqdan xəmirin üzərinə tapdıqları ərzaqları qoyub bişirərək pizzanı kəşf ediblər. Üzərinə bir çox ərzaq qoyula bilər. Kolbasa, sosiska, pomidor, bibər, holland pendiri, toyuq əti və s. kimi əsas ərzaqlardan əlavə bir çox ərzaqlar istifadə edilərək bişirilən çeşidli pizzalar da var. Dünyanın bir çox yerində pizza evlərə servis edildiyinə görə istifadəsi olduqca çoxdur. Bu gün sizə özümüzə məxsus reseptlə hazırladığım Qlemondra Pizza reseptini paylaşacam
Bol tərəvəzli və çox dadlı bir reseptdir 
Porsiya – 1 list
1 Hazırdır 30-40 dəqiqə | Xəmirini Hazırlamaq ÜçünƏrzaqları qarışdırıb yoğururuq və sellofanla üzərini örtüb təxminən 30-40 dəqiqə mayalandırırıq. |
2 Hazırdır 1 dəqiqə | Pizzanı Hazırlamaq ÜçünMayalanmış xəmiri 1 dəqiqə daha yoğurub oxlovla açırıq və bişirmə kağızı sərdiyimiz listə yerləşdiririk. |
3 Hazırdır | Daha sonra doğramış olduğumuz bibərləri, göbələyi, kökü və pomidoru hər tərəfinə bərabər şəkildə əlavə edirik. Duz səpirik. |
4 Hazırdır | Üzərinə əridilmiş kərə yağı gəzdiririk. |
5 Hazırdır | |
6 Hazırdır 20-25 dəqiqə | 200° C sobada təxminən 20-25 dəqiqə nəzarətlə bişiririk. |
7 Hazırdır 5 dəqiqə | Sobadan çıxarıb üzərinə rəndələnmiş holland pendiri tökürük və 5 dəqiqə daha (pendir əriyənədək) bişiririk. |
8 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil
4 Şərh Göstər / Bağla
Salam
Aleykum Salam
Salam
Aleykum Salam