Ərzaqlar
- 4 ədəd iri Yumurta
- 1,5 stəkan Şəkər Tozu
- 1,5 xörək qaşığı Bal
- 100 qram Kərə Yağı
- 4-4,5 stəkan Un
- 1 çay qaşığı Çay Sodası
- 1 paket Vanil
Məlumat
Bu resept ilə ballı tortun xəmiri çox dadlı olur. Mən illərdir sadəcə bu resept ilə hazırlayıram
Yoxlamağa dəyər. Şəkilini çəkərkən 2 ədəd tort bişirirdim, ona görə şəkildə 8 qatdır, ancaq bu reseptdə sizə 1 tort üçün lazım olan 4 qat xəmirin reseptini paylaşacam.
Aşağıda isə ballı tortun linkini yerləşdirirəm
Bu linkdə həm üstü oxaqlı, həm şokoladlı olan növləri üçün açıqlama yazmışam.
https://qlemondra.com/resept/balli-tort/
Porsiya – 1 ədəd (4 qatlı) tort üçün
Hazırlanması
1 Hazırdır | Yumurta və şəkər tozunu mikserlə ağaranadək çalırıq. |
2 Hazırdır 5 dəqiqə | Sonra yağ və balı əlavə edirik, vam odda yağ əriyənədək taxta qaşıqla aralıqsız qarışdırırıq (təxminən 5 dəqiqə). Qarışdırmağa ara verdiyiniz anda dibi yanacaq, diqqetli olun. |
3 Hazırdır | Ocağın üzərindən götürdükdən sonra qarışdırmağa ara vermədən çay sodası və vanil əlavə edilib qarışdırırıq. |
4 Hazırdır | Sonra az-az un əlavə edərək qarışdırırıq (əl ilə yoğrulmayacaq). |
5 Hazırdır | Daha sonra xəmirdən 4 kündə hazırlayırıq (əlimizə yapışmamağı üçün əlimizi unlayırıq). |
6 Hazırdır | Listi isidirik, listin arxasına biraz un səpirik, kündələrdən birini listin arxasına qoyub oxlov ilə list böyüklükdə açırıq. |
7 Hazırdır 10 dəqiqə, 170° C | Sonda isə əvvəlcədən isidilmiş 170° sobada təxminən 10 dəqiqə bişiririk (üzərini çox qızartmayın, yüngül qızardıqda çıxardın, yoxsa sərtləşəcək). |
8 Hazırdır | Soyuduqdan sonra kənarlarınının əyri olan hissələrini səliqəli kəsirik və oxaq üçün saxlayırıq. Tort hazır olduqdan sonra həmin qırıqları blendrda toz halına gətirib tortun üzərinə tökürük. |
9 Hazırdır | Nuş olsun... :) |










