










| 1-1,5 stəkan Qoz Ləpəsi | |
Xəmiri Üçün | |
| 4 ədəd iri Yumurta | |
| 1,5 stəkan Şəkər Tozu | |
| 1,5 xörək qaşığı Bal | |
| 100 qram Kərə Yağı | |
| 4-4,5 stəkan Un | |
| 1 çay qaşığı Çay Sodası | |
| 1 paket Vanil | |
Xəmiri İslatmaq Üçün | |
| 1 stəkan Süd | |
Kremi Üçün | |
| 0,5 lt Süd | |
| 2 stəkan Şəkər Tozu | |
| 4 xörək qaşığı Un | |
| 250 qram Kərə Yağı | |
Şokolad Sousu Üçün | |
| 1 stəkan Süd | |
| 1 stəkan Su | |
| 5-6 xörək qaşığı Şəkər Tozu | |
| 1,5 xörək qaşığı Kakao | |
| 1,5 xörək qaşığı Nişasta | |
| 80 qram Şokolad | |
| 20 qram Kərə Yağı |
Yumşaq ballı laylar, arasında bişmiş qatılaşdırılmış süd, üzərində isə qızılı rəng qırıntılar olan zərif bir tortdur. Azərbaycanda və bir çox dünya mətbəxində çox məşhur olan bir tortdur. Çoxumuz şokoladlı ballı tortu çox sevirik. Şəkildə gördüyünüz hər 2 tortu eyni reseptlə bişirmişəm, sadəcə birinin üzərini bişmiş xəmirin qırıntıları ilə, digərini isə şokolad sousu ilə bəzəmişəm. Əgər siz şokoladlı ballı tort istəsəz, eyni zamanda xəmirini də kakaolu edə bilərsiniz. Bunun üçün xəmirinin içərisinə 2 xörək qaşığı kakao əlavə etməyiniz kifayətdir.
Diametri – 33 sm
1 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünYumurta və şəkər tozu mikserlə ağaranadək çalınır. |
2 Hazırdır 5 dəqiqə | Daha sonra yağ və bal əlavə edilib ocağın üzərində, vam odda yağ əriyənədək taxta qaşıqla qarışdırılır (təxminən 5 dəqiqə). |
3 Hazırdır | Ocağın üzərindən götürdükdən sonra qarışdırmağa ara vermədən çay sodası və vanil əlavə edilib qarışdırılır. |
4 Hazırdır | Sonra az-az un əlavə edilərərk qarışdırılır (əl ilə yoğrulmayacaq). |
5 Hazırdır | Daha sonra xəmirdən 4 kündə hazırlanır (əlinizə yapışmamağı üçün əlinizi unlayın). |
6 Hazırdır 170° C, 10 dəqiqə | Sonda isə list isidilir, arxasına biraz un səpilir, kündələrdən biri listin arxasına oxlov (və ya əl) ilə yayılır və əvvəlcədən isidilmiş 170° sobada təxminən 10 dəqiqə bişirilir (üzərini çox qızartmayın, yüngül qızardıqda çıxardın, yoxsa sərtləşəcək). |
7 Hazırdır | |
8 Hazırdır | Kremi ÜçünKremini üçün süd, şəkər tozu və un qarışdırılır (qaşığın arxası ilə un topaları əzilir) və ocağın üzərində qaynayıb biraz qatılaşanadək bişirilir. |
9 Hazırdır 15 dəqiqə | Tam soyuduqdan sonra isə kərə yağı əlavə edilib təxminən 15 dəqiqə mikserlə çalınır (kremin tamamilə soyumağına diqqət edin). |
10 Hazırdır | Şokolad Sousunu Hazırlamaq Üçün (şokoladlı istəyənlər üçün)Şokolad və kərə yağı xaric, bütün ərzaqlar yaxşıca qarışdırılıb ocağın üzərinə qoyulur. |
11 Hazırdır | Qaynamağa başladıqda şokolad əlavə edilir, biraz qatılaşanadək bişirilib ocağın üzərindən götürülür. |
12 Hazırdır | Ocağın üzərindən götürən kimi isə kərə yağı əlavə edilib qarışdırılır. |
13 Hazırdır | Tortu Bəzəmək ÜçünXəmir soyuduqdan sonra isə tort bəzədilir. Xəmirlərin kənarının səliqəsiz hissələri bıçaqla kəsilib səliqəyə salınır, hər biri isladılır, arası kremlənir, qoz əlavə edilir. |
14 Hazırdır | Son qatı kremlədikdən sonra isə səliqəsiz hissələrdən çıxan qırıntılar blendrdan keçirilib tortun üstü bəzədilir (blendr yerinə aşsüzən də istifadə edə bilərsiniz). Şokoladlı hazırlayanlar isə xəmir qırıntıları yerinə soyumuş şokolad sousunu töküb hər tərəfinə səliqəli çəksin. |
15 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil