Köhnəlmiş suyu necə təmir etmək olar?

Bundan öncəki su haqqında yazımızda bildirmişdik ki, saxlanılan (hərəkətsiz) sular “xəstə” sulardır… Bir daha xatırlatmaq istəyirik ki, ən sağlam su, mənbəyindən götürülüb həmin dəqiqə içilən sudur. Ondan sonra isə üstünlük axar sulara verilməlidir. Ən zərərli su isə, mənbəyindən götürüldükdən sonra günlərlə, hətta aylarla saxlanılıb daha sonra içilən sudur; hansı ki, bu günkü şəhər həyatında ən çox istifadə edilən üsul təəssüf ki, bu üsuldur.

Bəs xarab olmuş, “xəstə”, yəni köhnəlmiş suyu necə təmir etmək olar?
Suyu təmir etməyin ən asan üsülu suyu (içməli, “ağ” suyu) dondurub daha sonra otaq temperaturunda əritməkdir. Beləliklə, həmin su əsl, orijinal quruluşu olan kristallarına yenidən qovuşur. Bu şəkildə dondurulan sular 8-12 saat ərzində keyfiyyətli, sağlıqlı su olaraq qalır. Əgər dondurulmayacaqsa, ən azından bir az çalxalayaraq içmək və mütləq üzərinə Uca Allahın adını anaraq ondaki zərərləri minimuma endirmək lazımdır. Bu halda içdiyimiz su sağlamlığımız üçün daha faydalı olacaqdır.

İki fərqli suyun qarışdırılması və ya suya buz atmaq
İki suyun qarışdırılması və ya suya buz qataraq içilməsi isə bədənə zərər verir. Belə sular yerinə qarpız yemək və ya təzə sıxılmış təbii meyvə şirələri içmək daha məsləhətlidir. Meyvə suyu dedikdə isə, evdə təzə sıxılmış və köhnəlmədən, bir neçə dəqiqə ərzində içilən meyvə şirələri nəzərdə tutulur; marketlərdən alınan meyvə şirələri deyil…

Ehtiyacdan artıq su içmək
Ehtiyac olmadan su içmək təhlükəli ola bilər. Çünki su birbaşa qana qarışır. Su miqdarı artdıqda qanın miqdarı da artır; hansı ki, ürəyin daha artıq işləməyinə səbəb olur. Unutmayın; ürək döyüntüləri sayılıdır. Onu nə qədər az istifadə etsəniz, ömrünüz o qədər uzun olar… İnsanın günlük su ehtiyacı bəllidir. Ehtiyac olmadıqca su içməmək lazımdır. Susadıqda susuzluğunuzu su yerinə çay, kofe və s. ilə aradan qaldırmaq da yalnışdır.

Suyu necə içmək lazımdır?
Peyğəmbərimiz (s.ə.v) suyu yavaş-yavaş içərdi. Çox hərarətli vəziyyətlərdə suyun əmilərək içilməyi gərəklidir. Bu həm normadan artıq su içərək mədənin şişməsinin qarşısını alar, həm də susuzluğunu tez və effektiv şəkildə aradan qaldırır.

Doyma hissini verən orqan mədə deyil, beyindir…
Doyma hissi, mədəmizə girən yeməyin və ya su miqdarı ilə deyil, suyun və ya yeməyin ağızda duran müddətdə beyinin etdiyi analizlərlə həyata keçir.
Suyun zərərli olduğu vaxtlar – Su insanı nə vaxt xəstə edər?
Həyat mənbəyi olan suyun zərərli, təhlükəli ola bilcəyi hallar da mövcuddur. Köhnə təbiblər suyun 7 halda xəstəliklərə səbəb ola biləcəyini söyləmişlər:
- Yorğun və tərli olan zaman içilən su
- Hamamdan çıxan kimi içilən su
- Yeməklə bərabər içilən su
- Yeməyin üzərindən içilən su
- Meyvənin (xüsusi ilə də yemişin) üstündən içilən su
- Yuxudan oyanan kimi içilən su
- Ayaq üstə içilən su

Yemək və Su
Yuxarıda da qeyd etdiyimiz kimi; yeməklə birlikdə içilən su xəstəliyə yol açan faktorlardan biridir. Ona görə də su yeməkdən azı 10-15 dəqiqə öncə (beyniniz yemək yeməyə qərar vermədən öncə) və ya 2-2,5 saat sonra içilməlidir (bu müddət nə qədər “ağır”, çox yemək yediyinizə görə dəyişir).
Nəyə görə yeməkdən azı 10-15 dəqiqə öncə? – Çünki gözümüz yeyəcəyimiz yeməyi gördüyü an və burnumuz yeməyin qoxusunu aldığı an mədəmizdə yeməyi həzm etmək üçün şirə ifraz olunur və həmin vaxt suyu içdikdə şirə istifadə olunmadan bağırsağa keçir.
Nəyə görə yeməkdən 2-2,5 saat sonra? – Çünki mədə dolu olduğu halda üstündən su içmək həzmsizliyə səbəb olur.
Nəticə
Bədənimizin əsas elementi olan və bədənimizin ümumi çəkisinin yarısından çoxunu təşkil edən su nə qədər vacibdirsə, onu düzgün şəkildə istifadə etmək də o qədər vacibdir…

Mənbə:
Mehmet Ali Bulut – Can boğazdan Çıkar kitabı
Tərcümə edən və hazırlayanlar: Türkan Cabbarova, Rəşad Cabbarov

