Diş Əti Xəstəliklərinin Təbii Yolla Müalicəsi

Bu paylaşımda diş əti xəstəliklərinin ev şəraitində təbii yolla müalicəsi və diş əti baxımı haqqında yazmaq istəyirəm. Bəhs edəcəyim əsas 2 vasitə olan nar suyu və kəklikotu Prof. Dr. İbrahim Adnan Saraçoğlunun məsləhətidir.
Sağlam Diş Əti

Sağlam diş əti gördüyünüz şəkildəki kimi açıq çəhrayi rəngdə olur və dişin boyun nahiyyəsini çox sıx, möhkəm şəkildə əhatə edir.
Diş Əti Xəstəliklərinin Başlıca Səbəbələri
Diş əti xəstəliklərinin ən başlıca səbəblərindən biri diş daşı və diş ərpidir. Hansı ki, bu halda mütləq həkimə getmək və daşlarla ərpləri təmizlətmək lazımdır. Daha sonra isə ev şəraitində təbii vasitələrlə və qarqaralarla diş əti sağlam halına geri qaytarıla bilər. Diş daşı və diş ərpinin yaranma səbəbləri isə:
Vaxtında fırçalamamaq
Dişlər səhər və axşam olmaqla, gündə 2 dəfə fırçalanmalıdır. Fırçalama müddəti isə 2-3 dəqiqə olmalıdır.
Düzgün fırçalamamaq
Dişləri düzgün fırçalama haqqında videolara baxa bilərsiniz. Əksər insanlar düzgün olmayan şəkildə; yəni, dairəvi şəkildə fırçalayırlar. Bu isə diş əti çəkilməsinə səbəb ola bilər.
Diş sapından istifadə etməmək
Bilinənin əksinə, sap 2 dişin arasını yox, daha çox dişlə diş əti arasını təmizləmək üçündür. Fırçanın girə bilmədiyi hissələr üçün diş sapından mütləq istifadə etmək lazımdır. Həftədə azı 2-3 dəfə diş sapı ilə dişlərinizin arasını təmizləyin. Bununla da bağlı videolara baxa bilərsiniz.

Ancaq diş əti xəstəliklərinin başqa səbəbləri də ola bilər. Bunlar aşağıdakı səbəblərdir:
- Genetik meyillilik
- Qocalma
- Maddə asılılığı
- Siqaret çəkmək
- Şəkərli diabet
- Stres
- Mədə-bağırsaq xəstəlikləri
- Düzgün qidalanmamaq
- Hamiləlik
- Hormon dəyişiklikləri
- Sistemik xəstəliklər
- Müəyyən dərmanların istifadəsi
- İmplant dişlər

Gingivit
Gingivit – yüngül dərəcəli diş əti xəstəliyidir. Ancaq qarşısı alınmadıqda parodontoz və parodontidə səsəb olur. Yüngül dərəcəli gingivit ev şəraitində edilən baxım və qarqaralarla aradan qaldırıla bilər. Ancaq qaydasında etdiyiniz baxımlara və qarqaralara baxmayaraq aradan qalxmırsa, həkimə müraciət edin.
Gingivitin əlamətləri:
- Diş ətində qızarıqlıqlar.
- Diş ətində yüngül dərəcəli şişkinliklər.
- Dişləri fırçalayarkən yüngül qanamalar.

Parodontit və Parodontoz
Parodontit – Diş Əti Qanamaları
Ağır dərəcəli diş əti xəstəliyidir. Qarşısı alınmadıqda, diş əti çəkilməsinə gətirib çıxarır, hansı ki, bu da dişlərin sallanıb düşməsinə səbəb olur. Parodontidin başlıca səbəblərindən biri diş daşı və diş ərpi olduğu üçün həkimə müraciət edərək daşları və ərpi təmizlətmək lazımdır. Parodontidin müasir tibbdə tam müalicəsi yoxdur.
Parodontidin əlamətləri:
- Tünd qırmızı diş əti.
- Fırçalayarkən, yemək yeyərkən, hətta durduq yerə qanayan diş əti.
- Yemək yeyərkən və durduq yerə diş ətində ağrı.
- Ağız qoxusu.

Parodontoz – Diş Əti Çəkilməsi
Diş əti çəkilməsi diş əti xəstəliklərinin içərisində ən ağır olandır. Qarşısı alınmadıqda get-gedə daha da çəkilir və dişlər sallanıb düşür. Əgər diş əti çəkilməsi hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim sizə xəstəliyin dərəcəsinə uyğun müalicə tətbiq edəcək. Bəzi irəli dərəcəli hallarda kiçik əməliyyatlar lazım ola bilir. Diş əti çəkilməsinin də parodontit kimi müasir tibbdə tam müalicəsi yoxdur.

Diş Əti Xəstəliklərinin Təbii Yolla Müalicəsi
Nar Suyu – Prof. Dr. İbrahim Adnan Saraçoğlu
Nar suyu
- Gingivit və parodontiti (diş əti qanamalarını) müalicə edir.
- Təbii antibiotikdir.
Narın suyunu qabığı ilə birlikdə limon sıxacağında sıxın. (Qabığı ilə birlikdə sıxılmağı şərtdir.) 1 saatdan bir ağzınıza bir udum alın və yarım dəqiqə ağzınızda saxlayıb udun (və ya tüpürün.) Hər gün təzə sıxılmalıdır.

Kəklikotu (Dağ Kəkotusu) – Prof. Dr. İbrahim Adnan Saraçoğlu
Dağ kəkotusu paradontozu (diş əti çəkilməsini) müalicə edir.
Qaynayan 1 stəkan (200 ml) suya 2 çay qaşığı dağ kəkotusu əlavə edib ağzı qapalı 5 dəqiqə normal odda qaynadın. Daha sonra suyunu süzün. Gün ərzində 3-4 dəfə bu suyu ağzınıza alıb yumşaq fırça ilə dişlərinizi fırçalayın. Hər gün təzə dəmlənməlidir.

Ev şəraitində StomAnginol resepti
StomAnginol dərmanı diş əti üçün ən effektiv olan dərmanlardan biridir. Tərkibi təbii otlardan ibarətdir. Bu dərmanı ev şəraitində də rahatlıqla hazırlaya bilərik. Bunun üçün bizə lazımdır:
- 1 stəkan (200 ml) içməli Su
- 1 çay qaşığı Sürvə (Şalfey)
- 1 çay qaşığı Gülümbahar (Kalendula)
- 3-4 damcı Nanə cövhəri
Suyu qaynadırıq. Ocağın üzərindən götürürük, içərisinə Sürvə, Gülümbahar və Nanə cövhəri əlavə edib ağzı qapalı 10-15 dəqiqə gözləyirik. Sonra isə suyunu süzüb istifadə edirik. Ağızda saxlama müddəti: 3-4 dəqiqə. Gündə 3-4 dəfə istifadə edə bilərik.
Ev şəraitində diş əti xəstəliklərinin təbii yolla müalicəsinə kömək edən digər vasitələr
- Sürvə (Şalfey)
- Duzlu su
- Yod (qulaq çöpü ilə sadəcə 1 qat çəkin)
- Bal masajı (təbii bal olduğundan əmin olun)
- Aloe masajı
Qeydlər:
- Nar suyu və kəkotu dəmləməsi daxil olmaqla bütün qarqaralar hər gün təzə hazırlanmalıdır.
- Faydalarını görmək üçün əvvəlcə mütləq diş daşı və diş ərpləri təmizlənməlidir (əgər varsa).

Həssas diş ətinə sahibsinizsə
- Axşamlar dişininizi fırçaladıqdan sonra yüngül qarqaralar edin.
- Çox qaynar və çox soyuq yeyib içməyin.
- Orta sərtlikdə (qutusuna “medium” yazılan) fırçalar istifadə edin.
- Sərt qidaları ehtiyyatla yeyin ki, diş əti zədələnməsin. Alma, armud və s. kimi meyvələri dilimləyərək yeməyiniz məsləhətdir.

Nəticə:
Diş əti xəstəlikləri bir çox digər xəstəliklərə də səbəb ola bilər. Ürək xəstəlikləri, şəkər xəstəliyi, tənəffüs sistemi və s. Çünki sağlamlıq, sağlam ağızdan başlayır. Eyni zamanda ağız sağlığı qaydasında olmadıqda yemək yeməyiniz də əziyyətli hala gələ bilir və ağızda xoşagəlməz qoxu ola bilir; hansı ki, heç kim bunu istəməz. 🦷
Video – İbrahim Adnan Saraçoğlu










Hazırlayan: Türkan Cabbarova
Faydalı Məlumatlar
- Qatığın Faydaları
Qatığın faydaları səbəbi ilə qatıq bütün dünyada ən çox yeyilən süd məhsullarından biridir. Çox qədim zamanlardan xəstəliklərin müalicəsi məqsədi ilə qatıqdan istifadə olunmuşdur və sağlam yaşamın “iksiri” olaraq bilinir. Südün mayalanması nəticəsində əldə edilən ağartı məhsulları içərisində ən faydalı olan qatıqdır. Sözsüz ki, burada söhbət marketlərdə günlərlə qalıb turşuyan və ya xarab olan qatıqlardan getmir…. - Südün Zərərləri
Əvvəla, yazının başlığının niyə “südün faydaları” yox, “südün zərərləri” olduğunu söyləmək istəyirəm; çünki bilinənlərin əksinə, südün sağlamlığa ciddi ziyanları ola bilər. Sözsüz ki, burada süddən hazırlanan ağartı məhsulları və ya südlü şirniyyatlar nəzərdə tutulmur. Zərərli ola biləcək süd – sağıldıqdan sonra 10 dəqiqədən artıq saxlanılan və zəruri olaraq qaynadıldıqdan sonra tək/saf halda içilən süddür. Bunun… - Özəl: Ramazan və Oruc
Ramazan 1445/2024 Ramazan Oruc – Suallarla İslam Möminlər hər cür ibadət və saleh əməl kimi Ramazan orucunu da Uca Allahın Haqqı və qulların vəzifəsi olaraq görər və yerinə yetirməyə çalışarlar. Onlar üçün Ramazan ayı və orucu Uca Yaradana yaxınlaşmağın ən gözəl və bərəkətli vasitələrindən biridir. Qur’ani Kərimdə on bir ayın sultanı Ramazan orucu haqqında belə… - Orucun Bioloji Faydaları
Orucun Bioloji Faydaları ﷽ “Bilsəniz Oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!..” (Bəqərə Surəsi, 184-cü Ayə) Əvvəla, Oruc tutarkən ixlas və səmimiyyət çox əhəmiyyətlidir. İnsan Oruc tutarkən qətiyyən Oruca Allahın ﷻ Rizasından başqa şey qarışdırmamalıdır. Yəni Orucu tibbi faydaları üçün deyil, sırf Allah ﷻ Rizası üçün tutmalıyıq; niyyətimiz səmimi olaraq sadəcə Allah ﷻ Rizası olmalıdır…. - Ramazan Haqqında Bilmədiklərimiz…
Ramazan Haqqında Bilmədiklərimiz… Mütləq axıra kimi izləyin. Belə qısa videoya bu qədər dolğun məlumat yerləşdirilib; çox gözəl və keyfiyyətli hazırlanıb. Videonu hazırlayan: Yeni İslami Nesil – Allah ﷻ Azzə və Cəllə razı olsun!.. Ramazan Ayınız Mübarək olsun! Salam və Dua ilə… Faydalı Məlumatlar - Köhnəlmiş suyu necə təmir etmək olar?
Bundan öncəki su haqqında yazımızda bildirmişdik ki, saxlanılan (hərəkətsiz) sular “xəstə” sulardır… Bir daha xatırlatmaq istəyirik ki, ən sağlam su, mənbəyindən götürülüb həmin dəqiqə içilən sudur. Ondan sonra isə üstünlük axar sulara verilməlidir. Ən zərərli su isə, mənbəyindən götürüldükdən sonra günlərlə, hətta aylarla saxlanılıb daha sonra içilən sudur; hansı ki, bu günkü şəhər həyatında ən…








Necə abonə ola bilərəm
Salam Aleykum,
Saytımıza abunə olmaq istədiyiniz üçün təşəkkür edirik! Təəssüf ki, hələ ki, saytımızda abunəlik sistemi mövcud deyil. Amma yeniliklərdən xəbərdar olmaq üçün mobildə sayta daxil olduqdan bir neçə saniyə sonra aşağıda çıxan bildiriş vasitəsilə saytımızın web applikasiyasını yükləyə bilərsiniz. Əlavə olaraq, saytın Instagram səhifəsini də izləyə bilərsiniz.
Cüməniz Mübarək…