Südün Zərərləri

Əvvəla, yazının başlığının niyə “südün faydaları” yox, “südün zərərləri” olduğunu söyləmək istəyirəm; çünki bilinənlərin əksinə, südün sağlamlığa ciddi ziyanları ola bilər. Sözsüz ki, burada süddən hazırlanan ağartı məhsulları və ya südlü şirniyyatlar nəzərdə tutulmur.
Zərərli ola biləcək süd – sağıldıqdan sonra 10 dəqiqədən artıq saxlanılan və zəruri olaraq qaynadıldıqdan sonra tək/saf halda içilən süddür. Bunun bütün səbəbləri; südün faydası və zərəri haqqında yazının davamında ətraflı məlumat veriləcək…

Süd – Yaradılışdır
Merac əsnasında Cəbrayıl (ə.s) Peyğəmbər Əfəndimizə (s.a.v) bir qabda su, bir qabda da süd gətirdi və ikisindən birini götürüb içməyi onun ixtiyarına buraxdı. Sevgili Peyğəmbərimiz (s.ə.v) südü götürüb içdikdə Cəbrayıl (ə.s) “Fitrəti (yəni Yaradılışı) seçdin…” dedi.
Süd insanın təməlini təşkil edən qidadır. Eyni zamanda dinimizə görə “süd qardaşlığı” deyə bir hüququ da var edir. Eyni anadan süd içmək, genetik olaraq fərqli iki insanı İslam şəriətinə görə qardaş-bacı edər və böyüdükdə bir-biri ilə evlənmələri haram olar. Fərqli ana-atadan doğulmuş olsalar belə, onlar artıq qardaş-bacı sayılarlar. Ana südünün insan üzərindəki təsiri bu qədər böyükdür.

2 yaşına qədər insan üçün zəruri olan yeganə qida ana südüdür. O dövrdə uşaqda fiziki və fitri quruluş davam etdiyi üçün Allah ana südündən başqa bir qidanın uşağa verilməsini uyğun bilməz. Bundan əlavə, uşaq doğulduqdan sonra inkişafını süd ilə davam etdirdiyi üçün ana südündən başqa qida istifadəsi bu inkişafa mənfi yöndə təsir edə bilər. Məsələn, böyrək inkişafını bura aid edə bilərik. Uşaqlıqda ana südünü qısa müddət içənlər böyüdükdə böyrək xəstəliklərinə daha çox meyilli olurlar.
Lakin, bu günümüzdə əksər analar uşaqlarına süni südlər və fabrik qidaları verərək, uşaqlarının yeniyetməlik yaş dövrünə gəldikdə bir çox xəstəliklərə meyilli ola bilmə ehtimalını gözardı edirlər.

Tək başına (saf halı ilə) içilən südün niyə faydalı olmamaqla yanaşı, üstəlik ziyanlı ola biləcəyi məsələsinə gəldikdə isə:
İnsan, 2 yaşından sonra mədəsindəki “süd həzm sistemi”ni itirir. Bu, ana südü daxil olmaqla bütün südlərə aiddir. Bu yaşdan sonra süd sadəcə öz içindəki mikroblar və bağırsaqdakı bakteriyalar vasitəsi ilə həzm olunur. Lakin, həyatında bir dəfə belə olsun antibiotik istifadə edən insanlarda hətta bu proses də gedə bilmir. Belə ki, süd bağırsaqlarda belə həll olmur və çürüməyə başlayır. Bağırsaqda çürüyən südün isə bədənə çox böyük zərərləri var.

Əslində süd də bal kimi adı Qur’ani-Kərimdə keçən möcüzəvi və şəfalı qidalardandır. Amma sözsüz ki, bizim istifadə etdiyimiz halı ilə deyil. İnək südü daxil olmaqla bütün südlər sağıldıqdan sonra 8-10 dəqiqə ərzində və heç bir əməliyyatdan keçmədən içilməlidir. Çünki süd yeni sağıldıqda tərkibində həzmi asanlaşdıran mikrob və fermentlər olur. Amma 10 dəqiqəni keçdikdən sonra artıq tərkibində zərərli mikroblar əmələ gəlməyə başlayır və südü qaynatmaq şərt olur. Ancaq qaynadıldıqda südün tərkibi 43-54° C-də ölür və süd, süd olma xüsusiyyətini itirmiş olur.

Bəs belə halda “heçmi süd içməməliyik?” sualınının cavabı isə: əlbəttə ki, içə bilərik. Sadəcə olaraq, nəzərə alsaq ki, südün zərərli olmasının səbəbi həzm oluna bilməməsi problemidir; onu rahat həzm olunacaq hala gətirib sonra içməliyik. Bunun üçün südün içərisinə zəncəfil və ya darçın qata bilərsiniz. Fikir vermiş olanlar bilər; südlü şirniyyatların üzərinə çox vaxt darçın səpilir. Bunun səbəbi də elə rahat həzm olunmasına kömək etməsidir.

- Qarışıq südlər içməyin. Mümkün qədər tək heyvandan sağılan süd içmək lazımdır.
- Süd içərkən yavaş-yavaş içmək lazımdır, birdən-birə başa çəkmək düzgün deyildir.
- Ana südünə ən yaxın olan süd eşşək südü və keçi südüdür.
- Ən faydalı olan südlərdən biri dəvə südüdür, amma ölkəmizdə dəvə südünü təmin etmək çətindir.
- Mağazalardan alınan südlərin sağlamlığa faydası yox, zərəri var. Çünki satışda olan ən yeni süd 2 günlük olur.

Süd A və C vitaminləri ilə və kalium və kalsium maddələri ilə zəngindir. Eyni zamanda tərkibində protein və dəmir maddələri də mövcuddur.
Peyğəmbərimiz (s.a.v) süd içərdi və süd içməyi məsləhət bilərdi. Amma onun içdiyi süd bir heyvandan sağılan süd idi (qarışıq deyildi) və sağılan kimi içərdi.

Südün Zərələri:
(Düzgün qaydada istifadə edilmədikdə)
- Bədəndə bəlğəm artışı
- Sümük əriməsi
- Damar və sümüklərdə tıxanma
- Qaraciyər, damar və dalaqlarda tıxanma
- Gözdə katarakt
- Öd kisəsi və böyrəklərdə daş
- Diş çürüməsi və digər diş xəstəlikləri

Kimlər Süd İçməməlidir?
- Xərçəng xəstəliyindən əziyət çəkənlər
- Qaraciyər və dalaq xəstəliyi olanlar
- Böyrək xəstəliyi olanlar
- Dəri xəstəliyi olanlar
- Miqren və tez-tez baş ağrısı olanlar
- Baş hərlənməsi problemi olanlar


Mənbə:
- Gerçek Tıp – Dr. Aidin Salih (Allah (Cəllə Cəlaluh) Rəhmət Etsin…)
- Mehmet Ali Bulut – Can Boğazdan Çıkar
Tərcümə edən və hazırlayan: Türkan Cabbarova
Faydalı Məlumatlar
- Qatığın Faydaları

- Südün Zərərləri

- Özəl: Ramazan və Oruc

- Orucun Bioloji Faydaları

- Ramazan Haqqında Bilmədiklərimiz…

- Köhnəlmiş suyu necə təmir etmək olar?

- Su Həyat Mənbəyidir

- Özəl: Ramazan Ayında Düzgün Qidalanma

- Özəl: Həftəlik Nafilə Oruclar












Salam Türkan xanım. Mən keçi südü satışı ilə məşğulam. Mən bəzi müştərilər üçün həftəlik süd yollayıram. Südləri məcburən buzluğda depolayıb sonra yollayıram. Sizdən bir məsləhət almaq istəyirəm. Südü çiy yoxsa bişmiş halda dondurub saxlamalıyam?