Tiramisu Hazırlanması
Orijinal İtalyan Tiramisunun Hazırlanması
Tiramisu – son zamanlarda bütün dünyada hər kəs tərəfindən çox sevilən bir şirniyyatdır. Kəlmə mənası İtalyan dilindən “məni əyləndir” deməkdir. Bir növ Çizkekdir. İtaliya mətbəxinə aiddir. Bu paylaşımda həm orijinal resepti haqqında məlumat verəcəm, həm də hər kəs üçün əlverişli, sağlıqlı və eyni zamanda orijinala ən yaxın olan resepti haqqında.
Savoyardi (tiramisu peçenyesi) resepti
1. Krem-pendir. Orijinal Tiramisu “Mascarpone” krem-pendiri ilə hazırlanır. Ancaq həmin pendir buradakı marketlərdə çətin tapıldığına görə və baha olduğuna görə əvəzinə başqa hər hansı bir krem-pendirdən (“Labne” və s.) istifadə edə bilərsiniz.
2. Yumurta. Orijinal Tiramisu çiy yumurta ilə hazılanır. Yumurtanın ağı və sarısı ayrılır, şəkər tozunun yarısı ağına, digər yarısı isə sarısına əlavə edilib ayrı-ayrı mikserlə çalınır. Sonra sarısının üzərinə “Mascarpone” əlavə edilib mikserlə 20-30 saniyə çalınır. Sonda isə yumurtanın ağı həmin qarışıma əlavə edilib qarışdırılır. Ancaq çiy yumurta yemək sağlıqlı deyil. Ona görə də yumurtanın sarısını buxarda 7-8 dəqiqə bişirmək, ağının əvəzinə isə qaymaq istifadə etmək olar.
3. Kofe. Orijinal Tiramisuda Espresso kofe istifadə edilir. Ancaq ev şəraitində olduğuna görə istədiyiniz başqa kofelər istifadə edə bilərsiz.
4. Konyak. Orijinal Tiramisuda az miqdarda konyak istifadə edilir (kofenin içinə qatılır), ancaq mən istifadə etmirəm. Əvəzinə nəsə istifadə etməyinizə ehtiyac yoxdur.
5. “Savoyardi”. Əsas ərzaq olan Savoyardi peçenyesini isə istəyə görə marketlərdən hazır əldə edə bilərsiniz və ya evdə özünüz hazırlaya bilərsiniz. Görünüş olaraq sözsüz ki, marketdəkilər qalın və səliqəli olur deyə daha gözəl nəticə əldə edilir. Ancaq özünüz hazırlamaq istəsəz, reseptininin linkini yuxarıda qeyd etmişəm. Ərzaqları və hazırlanma qaydası çox sadədir.