Ərzaqlar
- 28-30 ədəd "Savoyardi"evdə hazırlanmış olsa, qalınlığına və uzunluğuna uyğun müəyyənləşdirərsiz
- 1,5 stəkan Kofe
- 6 ədəd Yumurtanın Sarısı
- 1 stəkan + 1 dolu xörək qaşığı Şəkər Tozu
- 400 qram Krem Pendir
- 200 qram Şirniyyat Qaymağı33% yağlı
- 1 paket Vanil
Məlumat
Tiramisu – son zamanlarda bütün dünyada hər kəs tərəfindən çox sevilən bir şirniyyatdır. Kəlmə mənası İtalyan dilindən “məni əyləndir” deməkdir. Bir növ çizkekdir. İtaliya mətbəxinə aiddir.
Orijinal İtalyan Tiramisu ilə hazırlayacağımız Tiramisu reseptinin fərqi
Savoyardi (tiramisu peçenyesi) resepti
Porsiya – 1 list, 25×25 sm
Qeydlər:
1. (Çiy yumurta ilə hazırlanacaqsa) Yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq
2. Qaymağını çalmamışdan öncə qaymaq azı 1 saat soyuducuda saxlanılmalıdır. Eyni zamanda qaymağın çalınacağı qab və mikser uclarını da soyuducuya qoyun, hamısı soyuq olmalıdır.
3. Qurabiyələri isladarkən kofeni dərin bir boşqaba tökün, qurabiyələri batırıb tez çıxardın. Marketdən alınan qurabiyədirsə 2-3 saniyədən artıq, evdə bişirilibsə 1 saniyədən artıq kofenin içərisində saxlamayın. Listə isə aralıqsız və eyni istiqamatdə düzün.
Hazırlanması
1 Hazırdır 7-8 dəqiqə | Kremini Hazırlamaq ÜçünYumurtanın sarısının üzərinə şəkər tozu əlavə edilir və buxarda 7-8 dəqiqə mikserlə çalınaraq bişirilir (mikseri aşağı gücdə istifadə edin). Ocağın üzərindən götürdükdən sonra isə soyumağını gözləyin. |
2 Hazırdır 7 dəqiqə | Ayrı bir qabda qaymaq 7 dəqiqə mikserlə çalınır. (Çox çalmayın, yoxsa kərə yağına dönəcək.) |
3 Hazırdır 20-30 saniyə | Yumurtanın sarısı tam soyuduqdan sonra krem-pendir əlavə edilib mikserlə 20-30 saniyə daha çalınır. |
4 Hazırdır | Sonra isə vanil və qaymaq əlavə edilərək yavaşca (qabarıqlığını söndürmədən) qaşıqla altdan yuxarı doğru qarışdırılır. |
5 Hazırdır | Tiramisunu Bəzəmək ÜçünKrem və kofedə isladılmış qurabiyələr (hərəsi 3 qat olmaqla) listə lay-lay düzülür. |
6 Hazırdır 5-6 saat | Hazır olduqdan sonra 1 gecə və ya azı 5-6 saat soyuducuda saxlanılır. |
7 Hazırdır | Servis EdərkənServis etdikdə isə üzərinə ələk ilə kakao ələnir, dilimənib servis edilir. (Kakaonu tez ələməyin, kremə çox hopduqda rəndi tündləşir və görünüşü gözəl olmur.) |
8 Hazırdır | Nuş olsun... :) |











