0 0
Savoyardi

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 ədəd Yumurta iri
3/4 stəkan Şəkər Tozu
3/4 stəkan Un
1/4 stəkan Nişasta
1/4 çay qaşığı Duz
1/2 çay qaşığı Qabartma tozu
Şəkər Pudrası

Savoyardi

  • Porsiya 20
  • Çətin

Ərzaqlar

Məlumat

Paylaş

Əsl adı Savoyardi (ing. Savoiardi) olan qurabiyəni çox adamlar fərqli adları ilə tanıyırlar. Türklər əsasən, “Kedi Dili” (pişik dili) deyə tanıyır, ruslar əsasən, “Дамские Пальчики” (qadın barmaqları) deyə tanıyır və ümumiyyətlə baxmayaraq ki, Savoyardi başqa şirniyyatlarda da istifadə olunur, daha çox Tiramisu şirniyyatında istifadə edildiyinə görə “Tiramisu Qurabiyəsi” adlandırılır. Mən də bu gün Tiramisu hazırlamaq üçün bişirdim, ancaq Tiramisudan öncə bunu paylaşmaq istədim. Sabah da inşaAllah Tiramisu resepti paylaşacam. Əgər istəsəz, evdə özünüz də çox asanlıqla hazırlaya bilərsiniz. Çünki həqiqətən də reseptə baxsaz, görəcəksiniz ki, çox az ərzaqla, çox sadə bir şəkildə hazırlanır. Görünüşü hazır satılanlar qədər səliqəli və qalın olmasa da, tərkibi və dadı eynidir.

Tiramisu resepti

Orijinal İtalyan Tiramisu haqqında

Porsiya20-25 ədəd (10×3 sm)

Qeydlər:
1. Yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır.
2. Qurabiyələri şprislə listə sıxdıqdan sonra gözlətmədən tez sobaya verin, çünki xəmiri çox zərif olduğuna görə şəkli tez pozulur. Sobanı da öncədən yandırıb hazır qoyun ki, listi hazırlayanadək soba isinsin.

Hazırlanması

1
Hazırdır

Yumurtanın ağı və sarısı ayrılır. Şəkər tozunun yarısı ağının üzərinə, digər yarısı isə sarısının üzərinə əlavə edilib əvvəlcə ağı (qar kimi olanadək), sonra isə sarısı mikserlə çalınır. Sonra ağı sarısının üzərinə əlavə edilib qaşıqla yavaş-yavaş qarışdırılır.

2
Hazırdır

Ayrı bir qabda un, nişasta, duz və qabartma tozu qarışdırılır.

3
Hazırdır

Sonra un olan qarışım digər qarışıma az-az ələnərək qaşıqla yavaşca qarışdırılır.

4
Hazırdır
170° C, 10 dəqiqə

Sonda isə xəmir şprisə doldurulur, yağlanmış listə təxminən 10×2 sm ölçüsündə sıxılır, üzərlərinə şəkər pudrası səpilir və əvvəlcədən isidilmiş 170° C sobada təxminən 10 dəqiqə nəzarət edilərək bişirilir.

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

baki tortu
əvvəlki
Bakı Tortu
orijinal italyan tiramisu
sonrakı
Tiramisu
baki tortu
əvvəlki
Bakı Tortu
orijinal italyan tiramisu
sonrakı
Tiramisu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here