0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
6 ədəd İri Yumurta
1 stəkan + 2 xörək qaşığı Şəkər Tozu
1,5 stəkan Un
1 paket Vanil
1 paket Qabartma tozu
200 qram Qoz Ləpəsi
Kremi Üçün
300 qram Kərə Yağı otaq istiliyində
2/3 banka Bişmiş Squşonka
2/3 banka Sadə Squşonka
Kənarları Üçün
100 qram Qoz Ləpəsi

Bakı Tortu

Tərkibi:
  • qozlu
Mətbəx:
  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • Xəmiri Üçün

  • Kremi Üçün

  • Kənarları Üçün

Məlumat

Paylaş

80-ci illərin məşhur tortlarından biri olan Bakı Tortunun reseptini paylaşıram. Həmən illərdə Bakı Tortundan daha da məşhur olan Abşeron tortu ilə fərqi budur ki, Bakı Tortu qoz ilə hazırlanır, Abşeron tortu isə küncüt ilə. Bildiyim qədəri ilə orijinal resept bu cürdür. Əgər o illərdə yaşayan xanımlarımızdan reseptini dəqiq bilən varsa və mənim paylaşdığım reseptdə səhvlər olduğunu düşünürsə, şərhlərdə mənimlə paylaşarsanız çox sevinərəm 🙂

Diametri25 sm, 1 biskvit (3 hissəyə bölünmüş)

Hazırlanması

1
Hazırdır
8-10 dəqiqə

Xəmirini Hazırlamaq Üçün

Yumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə çalınır.

2
Hazırdır

Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır.

3
Hazırdır

Sonra un olan qarışım digər qarışıma az-az ələnərək qaşıq ilə yavaş-yavaş qarışdırılır.

4
Hazırdır

Daha sonra blendrdan keçirilmiş qoz ləpəsi əlavə edilib qarışdırılır. (Mən ləpəni toz halına gələnədək xırdalamadım, biraz iri-iri doğradım. Siz zövqə görə tam toz halına gətirə bilərsiniz). İstəyə görə blendrdan keçirməmişdən öncə biraz qovura da bilərsiz.

5
Hazırdır
170° C, 25-30 dəqiqə

Sonda isə yağlanmış listə əlavə edilib əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 25-30 dəqiqə) nəzarət dilərək bişirilir.

6
Hazırdır
20 dəqiqə

Kremini Hazırlamaq Üçün

Bütün ərzaqlar birlikdə krem halına gələnədək (təxminən 20 dəqiqə) mikserlə çalınır.

7
Hazırdır

Tortu Bəzəmək Üçün

Kremdən 2-3 xörək qaşığı ayrılır, istəyə görə biraz kakao əlavə edilib qarışdırılır və bərkiməsi üçün buzluğa qoyulur.

8
Hazırdır

Sonra biskvit 3 bərabər hissəyə bölünür, araları kremlənir, kənarları xırdalanmış qoz ləpəsi ilə bəzədilir, üstünə isə tort şprisi istifadə edərək kakaolu krem ilə istənilən şəkildə bəzəklər vurulur.

9
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sokoladli cupcake
əvvəlki
Şokoladlı Kapkek
savoyardi savoiardi 2
sonrakı
Savoyardi
sokoladli cupcake
əvvəlki
Şokoladlı Kapkek
savoyardi savoiardi 2
sonrakı
Savoyardi

6 Şərh Göstər / Bağla

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here