













Xəmiri üçün | |
| 2 ədəd Yumurta | |
| 1 stəkan Şəkər Tozu | |
| 1/4 stəkan Duru Yağ | |
| 1/2 stəkan Süd | |
| 1 xörək qaşığı Kakao | |
| 1/4 çay qaşığı Duz | |
| 1 ədəd Limonun Rəndələnmiş Qabığı | |
| 1 paket Vanil | |
| 1 paket Qabartma tozu | |
| 1,5 stəkandan 2 barmaq az Un | |
Şokolad Sousu Üçün | |
| 1/2 stəkan Su | |
| 1/2 stəkan Süd | |
| 3-3,5 xörək qaşığı Şəkər Tozu | |
| 3/4 xörək qaşığı Kakao | |
| 3/4 xörək qaşığı Nişasta | |
| 40 qram Şokolad | |
| 10 qram Kərə Yağı | |
Üzəri üçün | |
| Şəkər Pudrası |
Kapkek (ing. Cupcake “fincan tortu“) porsiya olaraq bir nəfər üçün nəzərdə tutulmuşdur. Xüsusi Kapkek qablarında bişirilir. İlk dəfə Kapkek reseptlərinə 1796-1828-ci illərin kulinariya kitablarında rast gəlinir.
Bu gün isə sizinlə paylaşdığım şokoladlı kapkekdir. Əgər muffin qabınız varsa, muffin qabında bişirsəz sizin üçün daha asan olar. Ancaq əgər muffin qabınız yoxdursa, kapkeklər soyuduqdan sonra ortasını oyub içərisinə şokolad sousu doldurmaq lazım olacaq.
Porsiya – 10 ədəd
Qeydlər:
1 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünYumurtanın ağı və sarısı ayrılır (böyük qaba sarısı). Şəkər tozunun yarısı yumurtanın ağının üzərinə, digər yarısı isə sarısının üzərinə əlavə edilib əvvəlcə ağı, sonra isə sarısı mikserlə çalınır. Sonra ağı sarısının üzərinə əlavə edilib qaşıqla qarışdırılır. |
2 Hazırdır | Sonra yağ və süd əlavə edilib qarışdırılır. |
3 Hazırdır | Ayrı bir qabda un, vanil, qabartma tozu, kakao və duz qarışdırılır. |
4 Hazırdır | Sonra un olan qarışım digər qarışıma az-az ələnərək un gözdən itənədək yavaş-yavaş qarışdırılır. |
5 Hazırdır 170° C, 20 dəqiqə | Sonra istəyə görə rəndələnmiş limon qabığı rəndəsi əlavə edilib qarışdırılır. |
6 Hazırdır 175° C, 15 dəqiqə | |
7 Hazırdır | Şokolad Sousunu Hazırlamaq ÜçünPletka şokolad və kərə yağı xaric bütün ərzaqlar bir qabda qarışdırılır və orta odda bişməyə qoyulur (arada qarışdırın). |
8 Hazırdır | Qaynamağa başladıqda şokolad əlavə edilir və qarışdırmağa ara vermədən biraz qatılaşanadək bişirilir. |
9 Hazırdır | Qatılaşdıqda isə ocağın üzərindən götürülür və götürən kimi kərə yağı əlavə edilib qarışdırılır. |
10 Hazırdır | Cupcake'ləri Hzırlamaq ÜçünBişmişkapkeklər soyuduqdan sonra ortası bıçaqla istənilən dərinlikdə oyulur, üzərinə şəkər pudrası ələnir və içərisinə çay qaşığı ilə şokolad sousu doldurulur (mən kənarları batmasın deyə şprislə doldurdum). |
11 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil