0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
4 ədəd Yumurta
1,5 stəkan Şəkər Tozu
1/2 stəkan Portağal Suyu təxminən 1 ədəd balaca portağaldan çıxır
1/2 Portağalın Rəndələnmiş Qabığı
1/2 stəkan Qoz Ləpəsi xırda doğranmış
2,5 stəkan Un
1 paket Vanil
1 paket Qabartma tozu
1 çimdik Duz
2 ədəd İri Alma
Portağallı Sousu Üçün
1,5 stəkan Portağal Suyu təxminən 2 ədəd iri portağaldan çıxır
1 ədəd Balaca Portağalın Rəndələnmiş Qabığı
2,5 stəkan Şəkər Tozu
1,5 xörək qaşığı Nişasta
2-3 damcı Qida Boyası əgər görünüşü çox vacib deyilsə, qida boyası istifadə edilməməyi məsləhətdir. Qida boyası sadəcə rəng verir
Bəzəmək Üçün
Portağal Dilimləri
4-5 ədəd Qoz

Almalı, Portağallı Keks

  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • Xəmiri Üçün

  • Portağallı Sousu Üçün

  • Bəzəmək Üçün

Məlumat

Paylaş

Sadə keksləri sevməyənlər üçün məsləhət görəcəyim bir keksdir. İçərisi almalıqozlu, üstü üzəri isə portağal souslu bir keksdir. İçərisindəki almanı istəyə görə rəndələnmiş şəkildə, istəyə görə isə doğranmış şəkildə əlavə edə bilərsiniz. Rəndələnmiş şəkildə əlavə etdikdə sadəcə dadına təsir edir və içində əridiyi üçün xırçıltılı olmur.

Qeyd: yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.

 

Hazırlanması

1
Hazırdır

Xəmirini Hazırlamaq Üçün

Yumurtanın ağı və sarısı ayrılır (böyük qaba sarısı). Şəkər tozunun yarısı yumurtanın ağının, digər yarısı isə sarısının üzərinə əlavə edilib əvvəlcə ağı, sonra sarısı mikserlə çalınır. Sonra ağı sarısının üzərinə əlavə edilib qaşıqla yavaşca qarışdırılır.

2
Hazırdır

Sonra portağal suyu və sürtgəcin kiçik gözündən keçirilmiş portağal qabığı əlavə edilib qarışdılır.

3
Hazırdır

Ayrı bir qabda un, duz, vanil və qabartma tozu qarışdırılır.

4
Hazırdır

Sonra un olan qarışım digər qarışıma az-az ələnərək yavaş-yavaş qarışdırılır.

5
Hazırdır
180° C, 30-35 dəqiqə

Sonda isə rəndələnmiş alma və qoz ləpəsi əlavə edilib qaşıqla qarışdırılır, yağlanmış listə tökülüb əvvəlcədən isidilmiş 180° C sobada içi bişənədək (təxminən 30-35 dəqiqə) nəzarət edilərək bişirilir.

6
Hazırdır

Portağallı Sousu Üçün

Vanil və qida boyası xaric, bütün ərzaqlar bir qazanda ocağın üzərinə qoyulur və taxta qaşıqla qarışdırararaq qatılaşanadək bişirilir.

7
Hazırdır

Sous qatılaşdıqda ocağın üzərindən götürülür və qida boyası əlavə edilib qarışdırılır.

8
Hazırdır

Keks və sous soyuduqdan sonra sous keksin üzərinə tökülüb portağal dilimləri və qoz ilə istənilən şəkildə bəzədilir.

9
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

etli pide
əvvəlki
Ətli Pide
sokoladli cupcake
sonrakı
Şokoladlı Kapkek
etli pide
əvvəlki
Ətli Pide
sokoladli cupcake
sonrakı
Şokoladlı Kapkek

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here