



Qış mövsümündə hazırlanan yeməklərdə ən çox istifadə olunan tərəvəz məhsullarından biri çığırtmalıq pomidordur. Marketlərdən asanlıqla əldə oluna bilən bu məhsul keyfiyyətinə görə evdə hazırlananlardan çox geri qalır. Ona görə də yay mövsümündə çığırtmalıq pomidoru evdə hazırlamaq keyfiyyət və qiymət cəhətdən daha sərfəlidir. Bu məhsulu mövsüm boyu hissə-hissə keyfiyyətini itirməkdə olan (əzilmiş) pomidorlardan da hazırlamaq mümkündür.
Porsiya -1 kq
1 Hazırdır | Pomidor yulur, soyulur, doğranır və duz əlavə edilib ocağın üzərində qatılaşanadək bişirilir (ancaq suyu tam çəkilməsin) |
2 Hazırdır 20-25 dəqiqə | Sonra bankaya doldurulur, ağzına dəmir qapaq qoyulur və su hamamında (dibinə dəsmal qoyulmuş su dolu qazanda) 20-25 dəqiqə qaynadılır (su bankanın başından 3-4 sm aşağıdan olmalıdır) |
3 Hazırdır 7-8 saat | Sonda isə qapağı banka bağlayan ilə kip bağlanır və bankanı tərs çevirərək yerə qoyulur. Təxminən 7-8 saat banka o şəkildə qaldıqdan sonra çevirə bilərsiz. |
4 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil