







| 8 ədəd Şirin Mandarin | |
| 2,5 stəkan Şəkər Tozu | |
| 2 stəkan Su | |
| 1/4 çay qaşığı Limon Duzu |
Porsiya – 0,5 kq
Qeyd 1: hazır olub olmadığını dəqiq yoxlamaq üçün bir boşqaba mürəbbənin şirəsindən 3-4 xörək qaşığı qoyub 4-5 dəqiqə gözləyin. 4-5 dəqiqə sonra boşqabı biraz əyin. Əgər şirə qatıdırsa (üstündə qırışıqlıqlar əmələ gəlirsə), demək hazırdır. Əgər duru olsa, gözləyin biraz da bişsin. Normasından artıq bişərsə, onda da saqqız halında olar. Diqqətli olun.
Qeyd 2: mandarinlərin ağ saplarını təmiz təmizləsəz belə bu mürəbbədə digər mürəbbələrə nisbətən çox az acı dad ola bilir. Mümkün qədər şirin mandarin istifadə edin ki, acılıq olmasın.
1 Hazırdır | Əvvəlcə mandarinin qabığı soyulur, dilimlənir və ağ sapları təmizlənib hazır qoyulur (ağ saplarını mütləq təmiz təmizləyin, çünki mürəbbəyə acı dad verir) |
2 Hazırdır | |
3 Hazırdır 40 dəqiqə | Şəkər tozu əriyib şərbət halını aldıqda (çox qatılaşmamış) mandarin əlavə edilir və qatılaşıb üzərində iri köpüklər əmələ gələnədək bişirilir (məndə 40 dəqiqəyə hazır oldu) |
4 Hazırdır 4-5 dəqiqə | Hazır olmağına təxminən 4-5 dəqiqə qalmış limon duzu əlavə edilir. |
5 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil
4 Şərh Göstər / Bağla
Şəkər tozunu nə qədər tökək?
Salam,
Reseptdə qeyd olunub, 2.5 stəkan.
bəs yaxşı mandarin mürəbbəsi hardan alaq?
Salam.
Daha öncə haradasa satıldığını görməmişəm.