Ərzaqlar
- 10 ədəd Badımcanorta böyüklükdə
- 10 ədəd Şirin Bibərorta böyüklükdə
- 10 ədəd Pomidororta böyüklükdə
- Qaynar Su
Məlumat
Süfrələrimizin ən sevimli yeməklərindən olan badımcan dolmasını qış mövsümündə bişirmək istəsəniz belə yayda bişirdiyiniz dolmanın ləzzətini hiss etməyəcəksiniz. Çünki istixana şəraitində yetişdirilmiş tərəvəzlər yay tərəvəzlərini əvəz edə bilməz. Yay mövsümündə balonlara bağlanmış tərəvəzlərdən hazırlanan badımcan dolması sizə yayın təravətini xatırladacaq.
Porsiya – 3 kq-lıq balon (1 kq ətin dolması)
Hazırlanması
1 Hazırdır | Badımcanlar saplaqdan təmizlənir, "qarnı" biraz kəsilir və qaynar suda 10 dəqiqə pörtlədilir. Soyuduqdan sonra isə içi çıxardılır. |
2 Hazırdır 10 dəqiqə | Bibərlərin saplaq yerindən qapaq kəsilir (balona yığdıqda çox yer tutmasın deyə, iç-içə yığa bilmək üçün bibərlərin qapağını tam kəsin), içi təmizlənir və o da qaynar suda 10 dəqiqə pörtlədilir. |
3 Hazırdır | Pomidorun da saplaq yerindən qapaq kəsilir və içi boşaldılır. |
4 Hazırdır 20-25 dəqiqə | Sonra hamısı balona yığılır, içərisinə qaynar su tökülür (balonun ağzınadək), dəmir qapaq qoyulur və su hamamında (dibinə dəsmal qoyulmuş su dolu iri qazanda) təxminən 20-25 dəqiqə qaynadılır (su balonun başından 3-4 sm aşağıda olmalıdır) |
5 Hazırdır 7-8 saat | Sonda isə içərisinə 1 ədəd "Tetrasiklin" dərmanı qoyulur (xarab olmamağı üçün), qapağı banka bağlayan ilə kip bağlanır və tərs çevirib yerə qoyulur. 7-8 saat o şəkildə qaldıqdan sonra düz çevirə bilərsiz. |
6 Hazırdır | Nuş olsun... :) |










