Ərzaqlar
- 2 kq Ərik
- 1 kq Şəkər Tozu
- 200-250 qram Qovrulmuş Qoz Ləpəsiistəyə görə
- 1/4 çay qaşığı Limon Duzu
Məlumat
Qeyd: hazır olub olmadığını yoxlamaq üçün taxta qaşıqla ləyənin dibindən xətt çəkilir. Çəkilən xətt gec birləşməlidir.
Hazırlanması
1 Hazırdır 7-8 saat | Ərik yuyulub çəyirdəyi təmizlənir və üzərinə şəkər tozu əlavə edilib 4-5 saat gözlədilir. |
2 Hazırdır 10 dəqiqə | Sonra ocağın üzərində 10 dəqiqə qaynadılıb götürülür. 3-4 saat gözlədildikdən sonra yenə ocağın üzərinə qoyulub bərkiyənədək bişirilir (ocağın üzərindən götürməmişdən 15 dəqiqə öncə qovrulmuş qoz ləpəsi, 5 dəqiqə öncə isə limon duzu əlavə edilir) |
3 Hazırdır | Nuş olsun... :) |










