0 0
Didmə Salat

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
200 qram Toyuğun Döş Əti
80-90 qram Qoz
3 ədəd Yumurta
1/2 diş Sarımsaq
Mayonez
Duz
Qara İstiot

Didmə Salat

Mətbəx:
  • 1 saat
  • Porsiya 4
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Didmə salat – olduqca sadə hazırlanan bir salatdır, amma olduqca da dadlıdır. Azərbaycan mətbəxində ən çox hazırlanan salatlardan biridir. Hazırlanma qaydası sadə olduğu qədər ərzaqları da çox azdır. Belə ki, toyuq əti, qoz, yumurta, sarımsaq və mayonezdən hazırlanır. Ayrıcalıqda sarımsağı çox sevməyə bilərsiniz, ancaq mütləq ki, salatda reseptdən çıxartmayıb istifafə edin. Çünki salata xüsusi bir dad qatır.

Porsiya – 4-5 nəfər üçün

Hazırlanması

1
Hazırdır

Ət suda bişirilib didilir.

2
Hazırdır

Qoz xırda-xırda doğranıb əlavə edilir.

3
Hazırdır

Yumurta suda bişirilib sarısı ilə birlikdə sürtgəcin iri gözündən keçirilib əlavə edilir.

4
Hazırdır

Sarımsaq soyulub sürtgəcin kiçik gözündən keçirilir və ya əzilib əlavə edilir.

5
Hazırdır

Sonda isə mayonez, duz və istiot əlavə edilib yaxşıca qarışdırılır.

6
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

quru lobya şorbası
əvvəlki
Quru Lobya Şorbası
erik cemi
sonrakı
Ərik Cemi
quru lobya şorbası
əvvəlki
Quru Lobya Şorbası
erik cemi
sonrakı
Ərik Cemi

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil