0 0
Quru Lobya Şorbası

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
2 stəkan Quru Lobya
2 ədəd Kartof
250-200 qram Mal Əti istəyə görə
2 ədəd Soğan
3-4 xörək qaşığı Əridilmiş Kərə Yağı
1 desert qaşığı Pomidor Tomatı
1 desert qaşığı Bibər Tomatı
1 desert qaşığı Duz təxmini
Su

Quru Lobya Şorbası

  • 1,5 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Quru Lobya Şorbası (tr. Kuru Fasulye) – türk mətbəxi yeməyidir. Bizim mətbəximizdə bişənlə Türk mətbəxində bişən arasında əsasən, kiçik bir fərq var ki, biz daha çox şorba halında bişiririk. Amma türklər şorba halında yox, duru yemək halında bişirir. Ağ lobya ilə də bişirilə bilər. Hətta ağ lobya ilə bişirilən çox daha gözəl görünür. İçərisinə istəyə görə didilmiş (və ya quşbaşı) ət də əlavə edilə bilər.

Porsiya4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır

Lobya 1 gün qabaq axşamdan suya qoyulur.

2
Hazırdır

Bişirməyə başladıqda suyu dəyişdirilib ocağın üzərində biraz yumşalanadək bişirilir (tam bişməməlidir).

3
Hazırdır

Başqa qazanda xırda doğranmış soğan yağda qızılı rəng olanadək qovrulur.

4
Hazırdır
5 dəqiqə

Sonra xırda doğranmış ət (istəyə görə) və tomatlar əlavə edilib 5 dəqiqə daha qovrulur.

5
Hazırdır

Daha sonra suyu ilə birlikdə lobya əlavə edilir.

6
Hazırdır

Sonda isə duz və xırda doğranmış kartof əlavə edilir (suyu az olarsa qaynar su əlavə edilir) və kartof yumşalanadək bişirilir.

7
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sile plov 1
əvvəlki
Şilə Plov
didme salat 2
sonrakı
Didmə Salat
sile plov 1
əvvəlki
Şilə Plov
didme salat 2
sonrakı
Didmə Salat

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here