3 0
Gül Mürəbbəsi

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
400 qram Təmizlənmiş Gül təmizlənmiş
2 kq Şəkər Tozu
4 stəkan Su
1/2 çay qaşığı Limon Duzu

Gül Mürəbbəsi

  • Porsiya 2
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Gözəl ətrinə, dadına və görünüşünə görə çox sevilən mürəbbələrdən biri də Gül Mürəbbəsidir. Yazın ortalarında yetişən xüsusi gül növləri ilə hazırlanan bu mürəbbəni adi mürəbbələr kimi, yaxud emallı (şirəli) qazanda qaynatmaqla bişirmək olar. (reseptdə yazdığım da emallı qazanda bişirmək qaydasıdır) Bundan başqa bişirmədən də hazırlamaq mümkündür. Gül mürəbbəsi hazırlayarkən, şəkərin miqdarını qədərində tökmək vacibdir. Əks halda mürəbbə xarlaya bilər.

 

Porsiya – 2 kq

 

Qeyd 1: Bu mürəbbənin digər gül mürəbbələrdən fərqi ləyəndə yox, qazanda bişməyidir.

Qeyd 2: Hazır olub olmadığını dəqiq yoxlamaq üçün bir boşqaba mürəbbənin şirəsindən 2 xörək qaşığı qoyub 2-3 dəqiqə gözləyin. 2-3 dəqiqə sonra boşqabı biraz əyin. Əgər şirə qatıdırsa (üstündə qırışıqlıqlar əmələ gəlirsə), demək hazırdır. Normaldan artıq bişərsə, onda da saqqız halında olar. Diqqətli olun.

Hazırlanması

1
Hazırdır

5-6 kq-lıq emallı (şirəli) qazanda su qaynadılır.

2
Hazırdır
10 dəqiqə

Qaynamağa başladıqda gül əlavə olunub ağzı qapalı 10 dəqiqə qaynadılır.

3
Hazırdır

Sonra şəkər tozu əlavə olunub yenə ağzı qapalı 20 dəqiqə qaynadılır.

4
Hazırdır
1 dəqiqə

Daha sonra isə limon duzu əlavə olunub ağzı açıq 1 dəqiqə daha qaynadılıb ocağın üzərindən götürülür (1 dəqiqədən artıq saxlamamağa diqqət edin)

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sudlu siyiq yayma 3
əvvəlki
Südlü Sıyıq (Yayma)
cemli rulet 1
sonrakı
Cemli Rulet
sudlu siyiq yayma 3
əvvəlki
Südlü Sıyıq (Yayma)
cemli rulet 1
sonrakı
Cemli Rulet

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here